YAP gənclərə öz potensialını reallaşdırmağa dəstək verir
20.12.2014 [12:31]
YAP Ağsu rayon təşkilatı tərəfindən namizədlikləri irəli sürülən gənclərlə və fəal gənclərlə təbliğat xarakterli görüş keçirilib
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatında bələdiyyə üzvlüyünə gənc namizədlərlə və gənc fəallarla görüş keçirilib. Görüşdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin məsul işçisi Həsən Daşdəmirov iştirak edib.
Tədbiri giriş sözü ilə açan YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov bildirib ki, builki bələdiyyə seçkilərində Ağsu rayon təşkilatı tərəfindən irəli sürülmüş namizədlər arasında gənclər xüsusilə fərqlənirlər. “Belə ki, YAP Ağsu rayon təşkilatı tərəfindən irəli sürülmüş 273 namizəddən 74 nəfərini gənclər təşkil edir. Onlar müxtəlif sahələri təmsil edən gənclərdir. Azərbaycanın ən böyük və güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası gənclərin inkişafında mühüm rol oynayır. Partiyamız gənclərə öz potensiallarını reallaşdırmaq üçün geniş meydan verir. Ağsu rayonunun seçiciləri yüksək aktivlik nümayiş etdirərək bələdiyyə seçkilərində də partiyamızın irəli sürdüyü namizədləri dəstəkləyəcəklər”.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixi, həyata keçirilən gənclər siyasətinin uğurları haqqında ətraflı məlumat verərək bildirib ki, bu gün ölkəmizin əldə etdiyi nailiyyətlərdə gənclərin rolu böyükdür. V.Rəhimzadə vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyası qısa müddətdə cəmiyyətdə öz layiqli yerini tutdu, cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. “Bu gün Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni-yeni uğurlara imza atır. Bütün bunlar deməyə əsas verir ki, bələdiyyə seçkilərində seçicilər düzgün seçim edərək rifah və quruculuq naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
V.Rəhimzadə çıxışının sonunda gənc namizədlərə uğurlar arzulayıb.
Daha sonra çıxış edən gənc namizədlər onlara göstərilən bu etimada görə partiyanın rəhbərliyinə minnətdarlıq ediblər, onlara göstərilən bu etimadı doğrultmağa çalışacaqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxSosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05

