YAP Bərdə rayon təşkilatı seçicilərlə növbəti görüşlər keçirib
20.12.2014 [12:30]
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində rayonun Hacılar, Hacallı, Tağılar, Seyid Yusifli, Həsənqaya, Qəhrəmanlı kəndlərində seçicilərlə görüşlər keçirilib. Tədbirlərdə təbliğat qrupunun üzvlərindən Səba Məmmədova, Toğrul Məhərrəmov, Fuad Ağayev, Aysel Verdiyeva və Nurayə Məmmədova çıxış ediblər. Çıxışlarda bələdiyyə seçkilərinin ölkənin siyasi həyatında mühüm hadisə olduğu bildirilib.
Qeyd edilib ki, yerli özünüidarəetmə institutu Azərbaycanda yeni formalaşıb. “Ötən 15 il ərzində bələdiyyələr müəyyən təcrübə qazanıblar. Bununla belə, bu sahədə görüləsi işlər çoxdur. Dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz, xüsusilə regionlarımız inkişaf edir. Bu mənada, bələdiyyələr əhalinin sosial məsələlərinin həllində yaxından iştirak etməlidir” - deyə, çıxışlarda vurğulanb. Bildirilib ki, seçkilərdə YAP tərəfindən bələdiyyələrə ən layiqli namizədlər irəli sürülüb: “İnanırıq ki, doğru seçim edib YAP-ın namizədlərinə səs verəcəksiniz. Çünki partiyamızın fəaliyyətinin əsas qayəsi xalqa xidmət etməkdir. Təsadüfi deyil ki, biz bələdiyyə seçkilərinə “Rifah və quruculuq naminə” şüarı ilə gedirik. Həmişə olduğu kimi, bu seçkilərdə də fəal olun və 23 dekabrda səsvermədə iştirak edin”.
Bələdiyyə seçkilərinin digər siyasi kampaniyalardan daha fərqli olduğunu deyən təbliğatçılar qeyd ediblər ki, burada əsas amil yerlərdə insanlarla münasibətdə olan şəxslərin nüfuzu, şəxsi keyfiyyətləridir. Bələdiyyələrə seçilmiş şəxslər əlbəttə, yerli əhali ilə sıx münasibətlər qurmalı, problemlərin aradan qaldırılmasında böyük rol oynamalıdırlar.
Sonra bələdiyyə üzvlüyünə namizədlərdən Mütəllim Nuruyev, Hüseyn Əhmədov, Əhliman Məmmədov, Möhübbət Alıyev, Adilə Məmmədova, Mayıl Qurbanov, Rza Sadıqov, Xanoğlan Əmirov və başqaları çıxış ediblər. Namizədlər seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıb. Çıxışlarda bildirilib ki, seçicilərin səsvermədə iştirakı seçkilərin şəffaflığında mühüm rol oynayır. Bələdiyyələrin böyük səlahiyyətlərə malik olduğunu bildirən namizədlərin sözlərinə görə, hər bir seçicinin bələdiyyələrdən problemlərin həllini tələb etmək hüququ var. Çünki bələdiyyələri xalq seçir.
Qeyd edək ki, təbliğat-təşviqat kampaniyası çərçivəsində Bərdə rayonunun Dəymədağlı, Böyük Qacar, Kolayır, Gülgəzli və Güloğlular kəndlərində də seçicilərlə görüşlər keçirilib. Görüşlərdə bildirilib ki, bələdiyyələr hər hansı orqanın deyil, yalnız vətəndaşların qarşısında cavabdehdirlər. Ona görə də, insanlar bu hüquqlarından yetərincə istifadə etməlidirlər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08

