Oğuz seçiciləri rifah və quruculuq naminə növbəti dəfə YAP-a etimad göstərəcəklər
19.12.2014 [09:34]
YAP Oğuz rayon təşkilatı gənclərlə və ilk dəfə səs verəcək seçicilərlə görüş keçirib
Dekabrın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatı gənclərlə və ilk dəfə səs verən seçicilərlə görüş keçirib. Tədbirdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abasov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov rayon təşkilatının bələdiyyə seçkilərində fəaliyyət proqramına uyğun olaraq gördüyü işlər barədə məlumat verib. Qeyd olunub ki, görülmüş operativ tədbirlərin fonunda artıq rayon seçkilərə tam hazırdır: “Bütün məntəqələr üzrə partiya tərəfindən müvafiq olaraq müşahidəçilər və məşvərətçi səs hüquqlu komissiya üzvləri müəyyənləşdirilib, onlara seçki günü görəcəkləri işlər barədə seminarlar keçirilib. Qrafik üzrə təbliğat-təşviqat işləri də uğurla davam etdirilir”.
YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abasov isə ümumxalq partiyası olan YAP-ın keçdiyi zəngin və şərəfli inkişaf yolundan bəhs edib. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişafı naminə misilsiz xidmətlər göstərib. Diqqətə çatdırılıb ki, ölkəmiz bu gün Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda irəliləyir: “Prezident İlham Əliyev gəncliyin inkişafına böyük önəm verir. Elə bələdiyyə seçkilərində də gənclərin önə çəkilməsi buna bariz nümunədir. Əminliklə deyə bilərəm ki, bu seçkilərdə də Yeni Azərbaycan Partiyası elə siz gənclərin iştirakı və fəallığı ilə növbəti dəfə qələbə qazanacaq”.
Daha sonra çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, Yeni Azərbaycan Partiyası yaranma zərurəti, inkişaf tarixi, partiyaya rəhbərlik edən şəxslər və partiyanın tərkibi baxımından cəmiyyətimizdə fəaliyyət göstərən digər partiyalardan müsbət mənada fərqlənib. Ümummilli lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyətinin Azərbaycanda milli həmrəyliyi və bütövlüyü, ictimai-siyasi sabitliyi, sürətli inkişafı təmin etdiyini deyən baş redaktor əlavə edib ki, bu gün cəmiyyətimizin hər bir sağlam düşüncəli nümayəndəsi, o cümlədən, gənclər Yeni Azərbaycan Partiyasına üz tuturlar: “Yeni Azərbaycan Partiyasının fəaliyyətinin uğurlu nəticələrini göstərən faktlardan biri də budur ki, partiyamız 1993-cü ildən etibarən keçirilən bütün seçkilərdə qələbə qazanıb. Əminliklə deyə bilərəm ki, qarşıdan gələn bələdiyyə seçkilərində də partiyamızın namizədləri qalib olacaqlar. Bu seçkilərdə gənclərimiz daha fəal olmalı, gənc namizədlərin bələdiyyələrdə daha çox təmsil olunmaları üçün inamla mübarizə aparmalıdırlar”.
Tədbirdə Oğuz rayon Ağsaqqallar Şurasının sədri Cuma Cumayev bildirib ki, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz, o cümlədən, Oğuz rayon gündən-günə inkişaf edir. Seçicilərimiz də məhz bu inkişafa, sabitliyə səs verməklə növbəti dəfə Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərəcəklər.
YAP tərəfindən namizədliyi irəli sürülmüş Akif Nəsirov, Zaur Əzizov və Tünzalə Abduləzizova çıxış ediblər. Onlar seçiciləri Azərbaycanın daha da inkişafı və çiçəklənməsi naminə YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

