Şəmkirdə ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirilib
19.12.2014 [09:32]
Yeni Azərbaycan Partiyasının (YAP) bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyası Şəmkir rayonunda da uğurla davam etdirilir. Kampaniya çərçivəsində növbəti görüş dünən ilk dəfə bu il seçkilərdə iştirak edəcək gənclərlə keçirilib. YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev görüşü giriş sözü ilə açaraq rayon təşkilatının seçkilərə start verildiyi gündən gördüyü işlər və bu prosesdə gənclərin rolu barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, bələdiyyə seçkiləri ilə əlaqədar Şəmkir rayonu üzrə YAP tərəfindən 400 nəfər namizəd irəli sürülmüşdür. Həmin namizədlərin 45 faizini gənclər təşkil edir. O, sonda ilk dəfə səs verəcək gənclərimizi fəal olmağa və səsvermə günü seçki məntəqələrinə gedərək YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Çıxış edən Milli Məclisin üzvü, Bakı Slavyan Universitetinin prorektoru, professor Sahibə Qafarova isə bildirib ki, YAP cəmiyyətin aparıcı siyasi qüvvəsi olaraq gənclərin problemlərinə həssaslıqla yanaşır, onlarla işi günün tələbləri səviyyəsində qurur. Daha sonra ölkəmizdə həyata keçirilən gənclər siyasəti haqqında məlumat verən S.Qafarova deyib ki, bu gün Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasəti gənc nəslin ölkə həyatında fəal iştirakına, onların intellektual inkişafına və potensiallarının artırılmasına əsaslı zəmin yaradıb: “Əlbəttə ki, Azərbaycanın ən böyük və güclü siyasi təşkilatı olan YAP da gənclərin inkişafında mühüm rol oynayır. Partiyamız gənclərə öz potensiallarını reallaşdırmaq üçün geniş meydan verir. Bələdiyyə seçkilərində gənc namizədlərin də üstünlük təşkil etməsi bu məqsədə xidmət edir”.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov isə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizin dinamik inkişafı təmin olunub, o cümlədən, bölgələrdə abadlıq-quruculuq işləri, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşması, regionların simasının dəyişməsi və digər müsbət amillər insanların həyatında əhəmiyyətli dəyişikliklərə səbəb olub. O, bu inkişafın davamı üçün hər kəsi Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev isə deyib ki, bu seçkilərdə əsas məqsəd gənclərin fəallığını artırmaq, YAP-ın namizədlərinin qələbəsini təmin etməkdən ibarətdir. N.Həmzəyev respublikamızda gedən quruculuq, abadlıq işlərindən geniş bəhs edib ölkə Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi qayğıdan söhbət açaraq gəncləri seçkilərdə fəal olmağa çağırıb.
Çıxış edən YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri Ruhid Hacıyev də seçiciləri YAP-ın bələdiyyə üzvlüyünə gənc namizədlərini dəstəkləməyə səsləyib. Tədbirdə ilk dəfə səs verəcək gənclərdən Xətai Qasımov, Nigar Abdullayeva, Elvin Aslanov və başqaları ölkədə gənclərə göstərilən dövlət qayğısından danışaraq, onlara göstərilən etimadı öz işləri ilə doğruldacaqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57

