YAP Siyəzən rayon təşkilatında bələdiyyə üzvlüyünə namizədlərlə növbəti görüş keçirilib
19.12.2014 [09:30]
Yeni Azərbaycan Partiyası (YAP) Siyəzən rayon təşkilatı dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində növbəti görüş rayon seçiciləri ilə keçirilib. Görüşdə YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov bələdiyyələrin cəmiyyətdəki rolundan danışıb. O, qeyd edib ki, illər ötdükcə bələdiyyələr də öz işlərini təkmilləşdirirlər. Etibar Heydərov, həmçinin, Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin həyata keçirdiyi düzgün, məqsədyönlü siyasət nəticəsində Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrildiyini diqqətə çatdırıb. Məhz bu uğurların davamlı olması üçün natiq siyəzənli seçiciləri dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də yaradılan partiyamız fəaliyyət göstərdiyi 22 il ərzində bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldib: “Partiyanın yaradıcısı, Ümummilli liderimiz Heydər Əliyevin zəngin təcrübəsi, müstəqil, demokratik və hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti ölkəmizin bugünkü və gələcək uğurlu taleyini müəyyən edib. Azərbaycan düşdüyü siyasi, iqtisadi, sosial və mənəvi böhrandan Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında xilas olub və inkişaf yoluna çıxıb”.
V.Rəhimzadə bildirib ki, qələbələr partiyası olan YAP bu seçkilərə də üstün nüfuzunun və yüksək ictimai dəstəyin fonunda gedir: “Siyəzən seçiciləri ölkəmizin gələcək inkişafı, tərəqqisi üçün seçkilərdə aktiv iştirak etməli və YAP-ın namizədlərinə səs verməlidirlər”.
Daha sonra YAP Siyəzən rayon təşkilatı Qadınlar Şurasının sədri Ramilə Seyidova, YAP Siyəzən rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Rəhmanov, YAP Siyəzən rayon təşkilatının Aparat rəhbəri İxtiyar İsayev, şura üzvü Qələmşah Babayev, bələdiyyə üzvlüyünə namizədlərdən Azər Babayev, Əsbə İmanova çıxış edərək YAP-ın namizədlərinin bələdiyyə seçkilərinə inamla və aydın proqramla getdiklərini bildiriblər.
Oktay
Xəbər lenti
Hamısına baxSosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05

