Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatında gənclərlə görüş keçirilib
19.12.2014 [09:26]
Görüşdə vurğulanıb ki, gənclər YAP-ın sıralarında uğurla və yüksək fəallıqla təmsil olunurlar
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatında gənclərlə görüş keçirilib. Görüşü açan YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov rəhbərlik etdiyi rayon təşkilatının seçki hazırlığından və rayonda bələdiyyələrin fəaliyyətindən danışaraq bildirib ki, builki seçkilərdə partiyanın rayon təşkilatı tərəfindən irəli sürülən namizədlərin 128 nəfəri gənclərdən ibarətdir, bu da partiyanın gənclərə göstərdiyi böyük inam və etimaddan irəli gəlir.
Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi iştirak etdiyindən onlar ölkədə demokratikləşmə prosesində, mədəniyyət, elm, idman və digər sahələrdə səmərəli fəaliyyətə malikdirlər: “Eyni zamanda, gənclər Yeni Azərbaycan Partiyasının sıralarında uğurla və yüksək fəallıqla təmsil olunurlar. Dövlətimiz, eləcə də, Yeni Azərbaycan Partiyası tərəfindən gənclərə göstərilən diqqət və qayğı bu dinamik təbəqənin yüksək ictimai-siyasi fəallığını şərtləndirib. Bələdiyyə seçkilərində də gənclərin yüksək iştirakçılığı müstəsna əhəmiyyət kəsb edəcək”.
YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abasov gənclərin cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışaraq yüksək intellektə malik olan, geniş dünyagörüşlü gənclər nəslinin formalaşdığını bildirib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası daima gənclərə qayğı göstərir: “Azərbaycan Respublikasının Prezidenti, partiyamızın Sədri İlham Əliyev gənclərə dövlət qayğısının artırılması barədə vaxtaşırı qərar və göstərişlər verir. Hazırda gənclərin təhsili, asudə vaxtlarının səmərəli təşkili, cəmiyyət üçün hərtərəfli şəxs kimi yetişmələri dövlətimizin qarşısında duran ən önəmli vəzifələrdən biridir”.
E.Abasov qarşıdan gələn bələdiyyə seçkilərində gəncləri rifah və quruculuq naminə YAP-ın namizədlərinə səs verməyə çağırıb.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

