Yeni Azərbaycan Partiyası cəmiyyətimizin alternativsiz siyasi qüvvəsidir
18.12.2014 [10:19]
YAP Şəki şəhər təşkilatında gənclər və ilk dəfə səs verən seçicilərlə görüş keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Şəki şəhər təşkilatında gənclər və ilk dəfə səs verən seçicilərlə görüş keçirilib.
Görüşü YAP Şəki şəhər təşkilatının sədri Həsən Həsənov açaraq yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin keçdiyi inkişaf yolu, 15 il ərzində ölkənin sosial-iqtisadi, ictimai-mədəni həyatındakı rolu barədə ətraflı məlumat verib. O bildirib ki, YAP Şəki şəhər təşkilatı dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işlərini yüksək səviyyədə davam etdirir. Diqqətə çatdırılıb ki, rayon üzrə 40 bələdiyyədə təmsil olunmaq üçün namizədlər qeydə alınıb. Bu namizədlərin böyük əksəriyyəti ali təhsillidir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Yeni Azərbaycan Partiyasının yüksək nüfuza və ciddi sosial dəstəyə malik olduğunu deyib: “Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 11 il ərzində əldə edilən sosial-iqtisadi nailiyyətlər ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılması prosesini sürətləndirməklə yanaşı, milli dövlətçiliyimizdə yeni-yeni ənənələrin əsasını qoyub. Həyata keçirilən daxili və xarici siyasət nəticəsində Azərbaycan davamlı olaraq güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir. YAP Azərbaycanın inkişafı naminə əldə edilən nailiyyətlərdə misilsiz xidmətlər göstərib. Əminəm ki, bütün bunların nəticəsi kimi, qarşıdan gələn bələdiyyə seçkilərində partiyamızın namizədləri qələbə qazanacaqlar”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ölkəmizdə həyata keçirilən demokratik islahatlarda bələdiyyələrin rolundan bəhs edərək bildirib ki, bələdiyyə institutu demokratiyanın təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Baş redaktor diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyasının çoxşaxəli siyasəti Azərbaycanın sürətli inkişafının qarantıdır: “Ayrı-ayrı sahələrə nəzər salsaq, görərik ki, həm iqtisadiyyatın inkişafında, həm yeni iş yerlərinin açılmasında, həm də abadlıq-quruculuq işlərində, bütövlükdə, xarici və daxili siyasətdə, cəmiyyətin bütün sahələrində uğurlu addımlar atılıb. Azərbaycan gələcəyə əmin addımlarla irəliləyir. Bununla yanaşı, Azərbaycanda dövlət səviyyəsində gənclərə xüsusi diqqət və qayğı göstərilir, gənclərin dövlət idarəçiliyində təmsilçiliyi artır. Belə bir şəraitdə cəmiyyət üzvləri YAP-a ciddi etimad və dəstək göstrərirlər. Bir sözlə, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu, Prezident İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyası cəmiyyətimizin alternativsiz siyasi qüvvəsi kimi çıxış edir. Bütövlükdə, bu göstəricilər bələdiyyə seçkilərində də YAP-ın qələbəsini təmin edəcək”.
Görüşdə YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abasov da iştirak edib.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50

