Sumqayıtda seçicilərlə növbəti görüş keçirilib
18.12.2014 [10:15]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) təbliğat qrupunun seçicilərlə görüşü davam edir. Növbəti görüş Sumqayıt şəhərində reallaşıb. Şəhərin 6-cı mikrorayonunda yaşayan seçicilərlə görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev yerli özünüidarəetmə orqanlarının ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm rol oynayan struktur olduğunu deyib. Onun sözlərinə görə, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar ilkin mərhələdə görülən işlər artıq sona çatdırılıb. Şəhər təşkilatının sədri bələdiyyələrin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün yüksək səviyyədə qanunvericiliyin olduğunu diqqətə çatdırıb: “Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşır. Partiyamızın iştirak etdiyi bütün seçkilərdə böyük səs çoxluğu ilə qələbə qazanmasının təməlində bu təşkilatın Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılması və ona Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etməsi dayanır”.
Çıxış edən millət vəkili Leyla Abdullayeva müasir Azərbaycan dövlətinin inkişafından bəhs edib. Millət vəkili müstəqilliyimizin əldə olunduğu ilk dövrlərdə ölkəmizdə yaranan problemləri xatırladıb: “Məhz Ümummilli lider Heydər Əliyev siyasi kursu bugünkü inkişaf edən, müasir Azərbaycanın yaranmasına gətirib çıxardı. Biz hər zaman Ulu öndər Heydər Əliyevə borcluyuq. Azərbaycanda demokratik təsisatların inkişafı da məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasında bələdiyyələrlə bağlı qeyd yer alırdı. Artıq illərdir ki, bu yerli özünüidarə sistemi inkişaf edir, insanların bu struktura inamı artır, onların səlahiyyətləri daha aydın olur. Mən inanıram ki, Sumqayıt seçiciləri hər zaman olduğu kimi, bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Daha sonra tədbir seçiciləri maraqlandıran sualların cavablandırılması ilə davam etdirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

