Qazaxlı gənclərin seçimi Yeni Azərbaycan Partiyasıdır
18.12.2014 [10:14]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatında partiyamız tərəfindən bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürülmüş gənclərlə və ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov seçkiyə hazırlıqla əlaqədar görülən işlərlə bağlı məlumat verib. Qeyd edib ki, rayonda təbliğat-təşviqat kampaniyası uğurla davam edir. H.Pənahov bildirib ki, qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar Qazax rayonu üzrə YAP tərəfindən namizədliyi irəli sürülən 165 nəfər namizədin 55 nəfərini, yəni 34 faizini gənclər təşkil edir: “Sabahımızın qurucuları olan gənclərin bələdiyyələrdə çoxluq təşkil etməsi təqdirəlayiq haldır. Əminik ki, namizədliyi irəli sürülmüş gənclərimiz bu seçkidə qələbə qazanacaqlar. İlk dəfə səs verəcək gənclərimiz də fəal olmalıdırlar. Onlar səsvermə günü seçki məntəqələrinə gedib YAP-ın namizədlərini dəstəkləməlidirlər. Mən əminəm ki, bütün seçkilərdə olduğu kimi 23 dekabr bələdiyyə seçkilərində də partiyamız inamlı qələbə qazanacaq”.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Nizami Cəfərov hər bir ölkənin tarixində seçkilərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, bələdiyyə seçkiləri əhali üçün böyük əhəmiyyət kəsb edir. Çünki bələdiyyələr idarəçiliyin demokratik texnologiyasıdır. Bələdiyyə qurumlarında gənclərin təmsilçiliyinin artması məsələlərə yanaşmada daha modern həll yollarının tapılmasına yardım göstərər: “Gənclərimiz yerli özünüidarəetmə orqanlarının işində öz fəallıqları ilə seçilməlidirlər. Onlar burada təcrübə və idarəçilik karyerası qazanacaqlar. Mən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülən gənclərə uğurlar arzulayıram”.
Daha sonra çıxış edən YAP İcra Katibliyinin məsul işçisi Rəfail Gülməmmədov 23 dekabr 2014-cü il tarixdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycanda ən güclü siyasi təşkilat olan Yeni Azərbaycan Partiyası bu seçkiyə aydın proqramı ilə qatılıb. Heç kəsdə şübhə yoxdur ki, partiyamız bu seçkidə də parlaq qələbə qazanacaq. O da namizəd qismində seçkilərdə iştirak edəcək gənclərə uğurlar arzulayıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52

