Ağcabədidə bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası davam edir
17.12.2014 [10:17]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı tərəfindən irəli sürülən namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. Kampaniya çərçivəsində YAP Ağcabədi rayon təşkilatının Seçki Qərargahının üzvləri dünən Hindarx qəsəbəsində və İmamqulubəyli kəndində seçicilərlə görüş keçiriblər.
Görüşləri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının baş təlimatçısı Səfər Səfərov yerli özünüidarəetmə orqanlarına keçiriləcək dördüncü bələdiyyə seçkiləri barədə danışıb. O deyib ki, YAP-ın bütün şəhər və rayon təşkilatlarında olduğu kimi, partiyanın Ağcabədi rayon təşkilatı da təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir: “Ağcabədi rayonu üzrə 82 saylı Ağcabədi Seçki Dairəsinin 46 məntəqəsində 44490 seçici və 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsinin Ağcabədi rayonu üzrə 27 seçki məntəqəsində 20441 seçici olmaqla cəmi 73 məntəqə və 64931 nəfər seçici var. Rayon üzrə YAP tərəfindən 359 nəfər partiya fəalının bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb və bütün namizədlər qeydə alınıb”.
Səfər Səfərov bələdiyyə seçkilərinə “Rifah və quruculuq naminə” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının bu dəfə də qələbə qazanacağına əminliyini bildirib. O qeyd edib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına xidmət edir. Natiq Ağcabədi seçicilərini 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində fəal iştirak etməyə və partiyamızın namizədlərinə səs verməyə çağırıb.
Görüşdə YAP Ağcabədi rayon təşkilatı Hindarx ərazi ilk təşkilatının fəallarından Gülyanaq Hüseynova, Hicran Ağayeva, Kəmalə İsgəndərova çıxış edərək Hindarx qəsəbəsində qadınların həmişə seçkilərdə fəal iştirak etdiklərini vurğulayıb, YAP tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülən qadınları və gəncləri dəstəklədiklərini bildiriblər.
Görüşlərdə, həmçinin, seçicilərdən Rəşad Rəhimov, Rövşən İsmayılov seçiciləri seçkilərdə fəal iştirak etməyə və YAP-ın irəli sürdüyü namizədlərə səs verməyə səsləyiblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

