Azərbaycan ictimaiyyətinin seçimi Yeni Azərbaycan Partiyasıdır
16.12.2014 [10:57]
YAP Balakən rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində partiya fəalları və bələdiyyə üzvlüyünə namizədlərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində partiya fəalları və bələdiyyə üzvlüyünə namizədlərlə görüş keçirilib. Tədbirdə Milli Məclisin deputatı Kamilə Əliyeva, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abbasov iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev açaraq bələdiyyə seçkiləri ilə bağlı görülən işlər, həyata keçirilən təbliğat kampaniyası barədə məlumat verib.
Millət vəkili Kamilə Əliyeva çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın milli maraqlarına xidmət edən çoxşaxəli fəaliyyətə malikdir: “Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu YAP cəmiyyətdə üstün nüfuza malikdir. Xüsusilə də ölkəmizdə həyata keçirilən gənclər siyasətinin fonunda Yeni Azərbaycan Partiyası da gənclərə xüsusi diqqət göstərir. Builki bələdiyyə seçkilərində də gənclər və qadınlar üstünlük təşkil edir. Partiyamızın əldə edəcəyi qələbədə qadınlar və gənclərin fəallığı özünəməxsus rol oynayacaq”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında bələdiyyə üzvlüyünə namizədlərə bələdiyyələrin formalaşması, yerli özünü idarəetmə orqanlarının strukturu, bələdiyyə və dövlət arasında qarşılıqlı anlaşmanın mahiyyəti barədə məlumatları çatdırıb. Natiq daha sonra hər bir namizədin əhali arasında hansı formada təbliğat aparmalı olduğunu siyasi və hüquqi nöqteyi-nəzərdən izah edib.
Hikmət Babaoğlu əlavə edib ki, YAP sahib olduğu resurslarla Azərbaycan siyasi sisteminin alternativsiz siyasi güc mərkəzidir: “YAP-ın 22 illik tarixi var və cəmiyyətə təqdim etdiyi dəyərlər, məqsədlər artıq siyasi ənənə kimi səciyyələndirə biləcəyimiz ideoloji tezislər vasitəsilə Azərbaycan xalqı tərəfindən mənimsənilib. Ona görə də, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də YAP-ın namizədləri qələbə qazanacaqlar”.
Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının Seçki Qərargahının üzvü, Balakən rayon Heydər Əliyev Mərkəzinin direktoru Leyla Qarayeva deyib ki, builki bələdiyyə seçkilərində namizədlər arasında gənclərin və qadınların üstünlük təşkil etməsi təqdirəlayiq haldır.
YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri Səbuhi Alqayev çıxış edərək deyib ki, partiya tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş şəxslər öz intellektinə, aktiv ictimai fəaliyyətinə görə fərqlənirlər.
Talalalar kənd bələdiyyəsi üzvlüyünə namizəd Nurlan Əhmədov çıxış edərək dövlətimizin regionların inkişafı istiqamətində gördüyü işləri diqqətə çatdırıb, belə bir pozitiv şəraitdə bələdiyyə üzvü seçilərsə, öz bilik və bacarığından istifadə edərək səmərəli fəaliyyət göstərəcəyini vurğulayıb.
Yeni Azərbaycan Partiyasının üzvü Lalə Yolçuyeva yaşıdlarının şəhər bələdiyyəsi üzvlüyünə namizədliyi irəli sürüldüyü üçün Yeni Azərbaycan Partiyasının rəhbərliyinə öz minnətdarlığını bildirib. O deyib ki, partiyamızın gənclərə göstərdiyi bu etimad daim özünü doğruldacaq.
“Seçkilərdə iştirakdan qürur hissi keçirirəm”. Bunu isə bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənc Pərvanə İsayeva vurğulayıb.
Tədbirin sonunda partiya sıralarına qoşulmuş bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi təqdim edilib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17

