Zaqatala seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyirlər
16.12.2014 [10:51]
Zaqatalada YAP-ın bələdiyyə seçkilərində namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyası uğurla davam etdirilir. Dünən Yeni Azərbaycan Partiyası (YAP) Zaqatala rayon təşkilatı tərəfindən irəli sürülən namizədlərin seçicilərlə növbəti görüşü keçirilib. Milli Məclisin deputatı Kamilə Əliyeva, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abbasovun da iştirak etdikləri tədbirdə çıxış edən YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov bələdiyyələrin cəmiyyətimizdə yeri və rolu, o cümlədən, dövlətimizin bələdiyyələrə dəstəyi haqqında ümumi məlumat verib. Natiq çıxışında bildirib ki, Zaqatala rayonunda 23 bələdiyyə üzrə 229 yerin hər birinə partiya üzvlərinin namizədliyi irəli sürülüb. İrəli sürülən namizədlərin hər birinin ali təhsili olduğunu vurğulayan natiq namizədlər arasında gənclərin və qadınların üstünlük təşkil etdiyini diqqətə çatdırıb. H.Qurbanov Zaqatala seçicilərinin hər zaman dövlətçiliyimizin inkişafını dəstəklədiyini bildirib.
Daha sonra çıxış edən millət vəkili Kamilə Əliyeva bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs vətəndaşların rifahının, yaşayış səviyyəsinin yüksəlməsini təmin edib. Vurğulanıb ki, bələdiyyə seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyasının üzvləri də məhz bu siyasətin daha yüksək səviyyədə inkişaf etdirilməsinə çalışacaqlar: “İnanıram ki, dekabrın 23-də Zaqatala seçiciləri hər zaman ölkəmizin inkişafında xüsusi yeri olan, nəinki Azərbaycanın, o cümlədən, Cənubi Qafqaz regionunun ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, Yeni Azərbaycan Partiyası hər zaman xalqın partiyası olduğunu öz fəaliyyəti ilə sübut edib. Böyük xalq dəstəyinə malik olan partiyamız insanların problemlərinin həllində fəal rol oynayır: “Bələdiyyələrin yaranması beynəlxalq hüquqa və insan azadlığı prinsipinə əsaslanır. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasında keçmiş postsovet məkanı üçün tamamilə yeni olan hüquqi təsisat - yerli özünüidarə orqanları, qeyri-dövlət təşkilatı olan bələdiyyələr institutu təsis edilib. Son illərdə isə bələdiyyələrlə bağlı onlarla yeni qanunun qəbulu, bu sahədə yeniliklərə imza atılması yerli özünüidarə strukturlarının fəaliyyətində də özünü müsbət mənada göstərib. Digər tərəfdən, bələdiyyələrlə bağlı aparılan islahatlar, kiçik bələdiyyələrin birləşdirilməsi onların daha səmərəli fəaliyyətinə yol açıb. Yeni Azərbaycan Partiyasının da bələdiyyə sisteminin inkişafında mühüm rolu var. Mən inanıram ki, seçicilər hər zaman olduğu kimi, real işə qiymət verəcəklər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası hər zaman vətəndaşların rifahına çalışır. Mən əminəm ki, seçicilər səs verərkən bu amili yüksək qiymətləndirəcəklər”.
Sonra çıxış edən YAP Zaqatala rayon təşkilatının Seçki Qərargahının üzvü Tahir Məmmədov, Fatma İsrafilova və gənc fəal Həvva Mehdiyeva hər bir zaqatalalının partiyamızın namizədlərini dəstəkləyəcəyinə əminliklərini ifadə ediblər.
Daha sonra tədbir iştirakçıları seçiciləri maraqlandıran sualları cavablandırıblar.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

