Yevlaxlı seçicilər rifah və quruculuğa səs verəcəklər
16.12.2014 [10:44]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yevlaxda seçki təbliğatı uğurla davam edir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş dünən Yevlax rayonunun Xaldan kəndində olub. Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı təbliğat qrupunun üzvləri-Aparat rəhbəri Əli Quliyev, Şura üzvü Knyaz Əliyev və Yeni Azərbaycan Partiyasının 48 və 49 saylı seçki dairələri üzrə səlahiyyətli nümayəndəsi Əminə Əhmədova seçicilərlə görüşərək onlarla fikir mübadiləsi aparıblar.
Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev bələdiyyələrin yerlərdə rolu, həmçinin, bələdiyyə və vətəndaş münasibətləri barədə danışıb. O vurğulayıb ki, bələdiyyə üzvləri xalq tərəfindən seçildiyinə görə bu qurumun formalaşmasında da yerli əhali yaxından iştirak etməli, yəni, seçkilərdə fəallıq göstərməlidir.
Çıxış edən YAP-ın səlahiyyətli nümayəndəsi Əminə Əhmədova dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin ölkəmizin həyatı üçün vacib və əhəmiyyətli olduğunu bir daha diqqətə çatdırıb: “Mən hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bu seçkilərdə iştirak etməyi özünə borc bilməlidir. Əminəm ki, Xaldan seçiciləri də dövlətə, dövlətçiliyə sədaqətli sakinlər olaraq bu seçkilərdə də fəallıq göstərəcək, YAP-ın namizədlərinə səs verəcəklər”.
Görüşdə rayon Ağsaqqallar Şurasının sədri Knyaz Əliyev çıxış edərək bildirib ki, son illər Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin bütün sahələrində olduğu kimi bələdiyyə sektoru da sürətlə inkişaf edir. Eyni zamanda, xalq tərəfindən seçilən insanların fəaliyyətini həm dövlətimiz, həm də vətəndaşlarımız dəstəkləyir.
Sonda çıxış edən kənd sakinləri Yeni Azərbaycan Partiyasının, onun Sədri, Prezident İlham Əliyevin apardığı uğurlu siyasəti dəstəklədiklərini və hamılıqla, rifah və quruculuğa səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17

