Kəndini abad görmək istəyirsənsə, YAP-ın namizədinə səs ver
16.12.2014 [09:50]
YAP İmişli rayon təşkilatı gənclərlə və ilk dəfə səs verən seçicilərlə görüş keçirib
Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat təşviqat kampaniyası çərçivəsində gənclərlə və ilk dəfə səs verən seçicilərlə kütləviliyi ilə seçilən görüş keçirib. Görüşdə YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və YAP Mərkəzi aparatının məsul əməkdaşı Ramil Mirzəyev iştirak ediblər.
Partiyanın İmişli rayon təşkilatının sədri Səfa Ağayev tədbiri giriş niqti ilə açaraq təbliğat kampaniyası dövründə aparılan işlər barədə ümumi məlumat verib. Bildirib ki, bu seçkilərdə namizədlərin hər birinin qələbəsi üçün təbliğat işinin əhatəsini genişləndirmişik və seçicilər namizədlərlə bağlı geniş informasiyaya malikdirlər. Xüsusən, gənclərin seçkilərdə həm namizəd, həm də seçici kimi fəallıqlarını artmaları namizədlərimizin qələbə qazanmasına kömək edən önəmli faktdır.
Görüşdə çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan demokratik inkişaf yolunda irəliləyən aparıcı dövlətlər sırasında mühüm yerini tutmaqdadır. Belə ki, ölkəmizdə istər demokratiya, istərsə də vətəndaş cəmiyyəti quruculuğu kifayət qədər inkişaf etmişdir. Bu önəmli tendensiyalar ölkəmizdə keçirilən bütün seçkilərdə özünü göstərməkdədir.
YAP Mərkəzi aparatının məsul əməkdaşı Ramil Mirzəyev görüşdə çıxış edərək ölkəmizin sosial-iqtisadi yüksəlişində bələdiyyələrin də inkişafa dəstək olduğunu vurğulayıb. Onun sözlərinə görə, YAP ölkədə alternativsiz siyasi qüvvədir: “Məhz bu səbəbdən də bələdiyyə seçkilərində də qələbə bizim namizədlərin olacaqdır. Çünki ötən illərdə keçirilən bütün seçkilərdə YAP-ın üstün qələbəsi hər bir kəsdə bu əminliyi, bu inamı yaratmaqdadır. Eyni zamanda, seçicilərin partiyamıza etimadının davamlı olaraq artması faktı YAP Sədri, Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişafından, insanların sosial-rifah halının yüksəlməsindən qaynaqlanır. Bütün sahələrdəki islahatların davamlı şəkildə həyata keçirilməsi və s. bu kimi digər reallıqlar ölkə vətəndaşlarının YAP-a, onun namizədlərinə olan inamını davamlı olaraq artırır. İnanıram ki, İmişli rayonunda seçicilər, xüsusən də gənclər partiyamızın namizədlərinə səs verməklə qəsəbələrinin, kəndlərinin inkişafına səs vermiş olacaqlar”.
Tədbirdə bələdiyyə üzvlüyünə gənc namizəd Rəfael Məmmədov çıxış edərək bildirib ki, İmişli gəncləri bütün seçkilərdə YAP-ın namizədlərini dəstəkləməklə dövlətimizə və möhtərəm İlham Əliyevə öz sədaqətlərini ifadə ediblər. Bu seçkidə də bizim qələbəmiz üçün partiya rəhbərliyi tərəfindən səmərəli təbliğat kampaniyası aparılır. Məhz bu diqqət və qayğıya görə gənclər adından partiya rəhbərliyinə öz təşəkkürlərimizi bildiririk.
Görüşdə çıxış edən seçicilər-Mirsaleh Mirsalehov və Qara Paşayev namizədlərə uğurlar arzulayıb və əminliklə bildiriblər ki, YAP-ın namizədlərinin rayonda alternativləri yoxdur. Ona görə də rayon sakinləri məhz bu namizədləri dəstəkləyəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50

