YAP Nəsimi rayon təşkilatında qadın namizədlərlə görüş keçirilib
11.12.2014 [10:33]
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında bələdiyyə seçkilərində partiyanın namizədlərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın namizədlər və partiya fəalları ilə görüş keçirilib. Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, rayon ziyalıları, mətbuat nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bələdiyyə seçkilərinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, qələbələr partiyası olan YAP bu seçkilərə də üstün nüfuzunun və yüksək ictimai dəstəyin fonunda gedir.
“Bu gün Yeni Azərbaycan Partiyası yeganə partiyadır ki, bələdiyyə seçkilərində partiya şəklində iştirak edir. Bu, hər şeydən əvvəl, bir daha onu sübut edir ki, YAP ölkədə fəaliyyət göstərən digər partiyalardan daha üstün, daha mütəşəkkil bir partiyadır və xalq arasında böyük nüfuza malikdir. Builki bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasından olan qadın namizədlər çox yüksək səviyyədə təmsil olunurlar. Belə ki, partiya tərəfindən Nəsimi rayonundan irəli sürülmüş 19 namizəddən 11-i məhz qadınlardır. Onlar müxtəlif sahələri təmsil edən xanımlardır. Düşünürəm ki, onlar çalışdıqları kollektivlərdə böyük nüfuza malikdirlər və qarşıdan gələn seçkilərdə də xalq tərəfindən dəstəklənəcəklər”, - deyə M.İbrahimqızı vurğulayıb. O, həmçinin, əlavə edib ki, əsas odur ki, qadınlarımız bələdiyyə seçkilərində fəallıq nümayiş etdirsinlər və cəmiyyətdə fəallıqları ilə seçilsinlər. “Tam səmimi deyirəm ki, əgər namizədlərdən hər hansı biri kifayət qədər səs toplamasa belə, buna üzülməyə dəyməz. Seçkinin nəticəsindən asılı olmayaraq, qadınlarımızın belə fəallıq nümayiş etdirməsinin özü də uğurdur. Çünki həm partiyamızın qurucusu Ümummilli lider Heydər Əliyev, həm Sədrimiz - möhtərəm Prezidentimiz İlham Əliyev qadınların cəmiyyətdə fəallıq göstərməsinə daim diqqət yetirir. Heç də təsadüfi deyildir ki, bu gün partiyamızın sədr müavini də ölkənin birinci xanımı Mehriban Əliyevadır. Bundan əlavə, namizədliyi partiyamız tərəfindən irəli sürülmüş fəal qadınlarımız müxtəlif dövlət strukturlarında - nazirliklərdə, komitələrdə, qanunverici orqanda belə yüksək səviyyədə təmsil olunurlar. Odur ki, siz namizədlərə də partiyamız tərəfindən böyük etimad göstərilib. Hesab edirəm ki, seçkilərin nəticələri də sizlər üçün uğurlu olacaqdır. Yox, əgər hansı namizəd nisbətən az səs toplayacaqsa, o ruhdan düşməməlidir. Çünki bu, bir məktəbdir, sınaqdır. Bəri başdan bütün namizədləri, eləcə də seçkilərdə kim uğur qazanacaqsa, onları təbrik edir, uğurlar arzulayıram”, - deyə təşkilat sədri bildirib.
Daha sonra çıxış edən bələdiyyə üzvlüyünə namizədlər - Dilşad Məmmədova, Sevinc İbayeva, Ofelya Xasayeva və başqaları onlara göstərilən bu etimada görə partiyanın rəhbərliyinə minnətdarlıq ediblər və bu etimadı doğrultmağa çalışacaqlarını bildiriblər.
Sonda, Nəsimi rayonunda 30 mindən artıq YAP üzvünün olduğunu diqqətə çatdıran Məlahət İbrahimqızı partiyadaşlarının bələdiyyə seçkilərində onlara etimad göstərəcəklərinə əminliyini vurğulayıb.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

