Firavan gələcəyə səs verək!
11.12.2014 [10:32]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən partiya fəallarının təbliğat kampaniyası uğurla davam edir. Növbəti tədbir Hacıkənd qəsəbəsində keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan nailiyyətlərdən, regionların sosial-iqtisadi inkişafından, ölkə rəhbərliyinin Gəncəyə göstərdiyi diqqət və qayğıdan, Gəncədə aparılan möhtəşəm abadlıq-quruculuq işlərindən, Hacıkənd qəsəbəsinin son illərdə öz görkəmini tamamilə dəyişməsindən, sakinlərin işıq, qaz, su problemlərinin həll olunmasından, burada yeni mühüm tikililərin istifadəyə verilməsindən danışıb və bu vacib işlərin görülməsində bələdiyyələrin də rolunun olduğunu diqqətə çatdırıb. O, sayca dördüncü olan bələdiyyə seçkiləri, bələdiyyələrin fəaliyyət funksiyaları barədə geniş məlumat verib. Qeyd edib ki, Azərbaycanda bələdiyyə seçkiləri çox vacib siyasi hadisədir. Ölkəmizdə yerli özünüidarəetmə institutunun yaradılmasından keçən 15 il ərzində bələdiyyələr inkişaf edib, dövlət tərəfindən zəruri addımlar atılıb, onların qanunvericilik bazası gücləndirilib. Ölkəmizin ən güclü siyasi qüvvəsi olan YAP bütün seçkilərdə qələbə qazanıb. Azərbaycanda gedən sürətli sosial-iqtisadi inkişaf əhalinin sosial-rifah halının yaxşılaşdırılmasına birbaşa yönəldilib. Təbii ki, bu prosesdə bələdiyyələrin də üzərinə müəyyən vəzifələr düşür. Bələdiyyələr yerlərdə demokratiyanın göstəricisidir. Bu baxımdan Yeni Azərbaycan Partiyası namizədlərini seçərkən perspektivli, Vətənə, dövlətə sədaqətli, ziyalı, potensiallı, ali təhsilli gənclərə və qadınlara xüsusilə üstünlük verib.
Təbliğat qrupunun üzvlərindən Gəncə Dövlət Universitetinin baş müəllimi Üzeyir Balakişiyev, ADAU-nun baş müəllimi Elgün Aslanov, Azərbaycan Texnologiya Universitetinin dekanı, dosent Namiq Davudov ötən müddət ərzində partiyanın bir sıra uğurlara imza atdığını, prezident, parlament və bələdiyyə seçkilərində davamlı olaraq qələbə qazandığını, seçki praktikasının ildən-ilə təkmilləşdirildiyini, xalqın qətiyyətli iradəsi və rəyi ilə ədalətli və şəffaf seçkilərin keçirildiyini qeyd edib, seçiciləri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar.
Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədləri olan Kərim Hüseynov, Elmira Məmmədova YAP-ın namizədi kimi bələdiyyə seçkilərində iştirakdan qürur duyduqlarını, göstərilən etimadı doğruldacaqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

