Balakəndə YAP tərəfindən bələdiyyə seçkilərində irəli sürülmüş namizədlərlə görüş keçirilib
11.12.2014 [10:32]
Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatı bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində seçicilərlə görüşlərin keçirilməsi ilə yanaşı, partiyanın səlahiyyətli nümayəndələri, Seçki Qərargahının üzvləri bələdiyyə üzvlüyünə namizədlərlə görüşüblər. Görüşdə Milli Məclisin deputatları- YAP Siyasi Şurasının üzvü Yaqub Mahmudov və Kamilə Əliyeva, YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abasov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev bildirib ki, “Rifah və quruculuq naminə” şüarını irəli sürən Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır. A.Balayev Balakən bələdiyyələrinə partiya tərəfindən irəli sürülən namizədlər haqqında məlumat verib.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Y.Mahmudov çıxış edərək ötən seçkilərdə partiyanın əldə etdiyi uğurların nəticələri haqda fikirlərini bildirib, həmçinin, qarşıdan gələn bələdiyyə seçkilərində qələbə əldə etmək üçün seçicilərlə fəal işləməyi tövsiyə edib. Namizədlərə uğurlar arzulayan Y.Mahmudov bələdiyyələrin yerli məsələlərin həllində yaxından iştirak etdiyini bildirib. O qeyd edib ki, YAP üzvləri də ölkəmizdə həyata keçirilən quruculuq işlərində fəal iştirak edirlər.
Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, bələdiyyələr demokratik bir təsisatdır və vətəndaş cəmiyyətinin bir formasıdır. Onun sözlərinə görə, Azərbaycanın demokratiya yolunda irəliləyən bir dövlət olduğunu nəzərə alsaq, müstəqil özünüidarəetmə strukturunun fəaliyyəti vacibdir. Ötən illər göstərdi ki, ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var. “Artıq bələdiyyə seçkiləri kampaniyasının ən aktiv mərhələsidir, təbliğat prosesi davam edir. Deyə bilərəm ki, əhali bələdiyyələrin işinə maraq göstərir və seçkilərdə partiyamızın namizədlərinə etimad göstərəcəklərini vurğulayırlar. Diqqət çəkən məqam odur ki, bölgələrdə də bələdiyyə üzvlüyünə namizəd olan qadınların sayı xeyli çoxdur və bu, müsbət haldır. İnanırıq ki, qarşıdan gələn seçkilər nəticəsində bələdiyyələrdə qadınlar daha fəal təmsil olunacaqlar”, - deyə K.Əliyeva qeyd edib.
Tədbirdə, həmçinin, bələdiyyə üzvlüyünə namizədlər çıxış edərək partiyanın onlara göstərdikləri etimadı doğruldacaqlarına söz veriblər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46

