Azərbaycanda uğurlu dövlət gender siyasəti həyata keçirilir
11.12.2014 [10:27]
YAP Samux rayon təşkilatı qarşıdan gələn bələdiyyə seçkilərində qadınların ictimai-siyasi fəallığının artırılması məqsədilə elmi-praktik konfrans keçirib
Dekabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı qarşıdan gələn bələdiyyə seçkilərində qadınların ictimai-siyasi fəallığının artırılması məqsədilə elmi-praktik konfrans keçirib.
Konfransı giriş sözü ilə açan YAP Samux rayon Qadınlar Şurasının sədri Kəmalə Xəlilova rayonun ictimai-siyasi həyatında qadınların rolundan, fəal qadınlara yaradılan şəraitdən söz açıb.
Daha sonra çıxış edən Gəncə Dövlət Universitetinin prorektoru, YAP Gəncə şəhər təşkilatının Qadınlar Şurasının sədri Pərvin Kərimzadə bildirib ki, Azərbaycanda uğurlu dövlət qadın siyasəti həyata keçirilir. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli Fərmanı qadınların dövlət idarəetmə sistemində lazımı səviyyədə təmsil olunması və ictimai fəallığının artırılması istiqamətində mühüm əhəmiyyət kəsb edib. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, eyni zamanda, qadınlarımızın ictimai-siyasi həyatda fəallığının artırılması istiqamətində görülən digər tədbirlər xüsusilə vurğulanmalıdır.
Bu il ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində qadınların rolundan danışan Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Aidə Qasımova isə bildirib ki, məqsədimiz qadınların seçkilərdə fəallıq nümayiş etdirmələri, qadın bələdiyyə üzvlərinin sayının daha da artmasına nail olmaqdır: “Bələdiyyə seçkilərində qadınların fəallığı nəticəsində ölkə üzrə qadın bələdiyyə üzvlərinin sayı 4 faizdən 20 faizə çatdırılıb”.
Daha sonra konfransda çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə qeyd edib ki, ölkəmizdə həyata keçirilən dövlət qadın siyasətinə paralel olaraq Azərbaycan qadını fəallıq nümayiş etdirərək ictimai-siyasi proseslərdə aktiv təmsil olunmalıdır.
YAP Samux rayon təşkilatının Aparat rəhbəri, Qadınlar Şurasının İdarə Heyətinin üzvü Sevinc Xəlilova isə diqqətə çatdırıb ki, Azərbaycanda da qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən ölkənin ictimai-siyasi həyatında aktiv rol oynaması vacib məsələlərdəndir və bu bizim gələcək inkişafımız üçün çox önəmlidir.
Konfrans diskussiya formatında davam etdirilib.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

