Seçicilər abadlığa və quruculuğa səs verəcəklər
11.12.2014 [10:23]
Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyası davam edir. Bu münasibətlə dünən rayonda namizədlikləri irəli sürülmüş qadınlar və partiya fəalları ilə geniş tərkibdə görüş keçirilib. Görüşdə YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Qadınlar Şurasının üzvü Məleykə Ağayeva iştirak ediblər.
Partiyanın Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov tədbiri giriş nitqi ilə açaraq təbliğat kampaniyası dövründə aparılan işlər barədə ümumi məlumat verib. Bildirilib ki, YAP Şirvan şəhər təşkilatı tərəfindən Şirvan şəhər və Hacıqəhrəmanlı qəsəbəsi üzrə 26 nəfər partiya üzvünün namizədliyi irəli sürülüb. Əvvəlki seçkilərdə olduğu kimi şirvanlılar bu dəfə də partiyanın namizədlərini dəstəkləyəcəklər.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə cəmiyyətdə qadınların artan rolundan danışaraq bildirib ki, Azərbaycan qadını bu gün ölkəmizin siyasi, mədəni, ictimai həyatında mühüm yer tutur və partiyamız bundan sonra da bu tendensiyanın genişlənməsi üçün zəruri tədbirlər həyata keçirəcək.
V.Rəhimzadə bildirib ki, sürətli iqtisadi inkişaf ölkəmizi qüdrətli dövlətə çevirmiş, vətəndaşlarımızın sosial-rifah halı daim yüksəlmişdir. Təbii ki, ölkədəki iqtisadi uğurları görən seçici birmənalı şəkildə YAP-ın namizədlərini dəstəkləmək istəyində olur.
V.Rəhimzadə çıxışında şirvanlı xanımları bu seçkilərdə də fəal olmağa səsləyib. O xüsusi vurğulayıb ki, bu bələdiyyə seçkilərində namizəd qadınların və gənclərin sayının artması ölkədə gender siyasətinin daha da genişlənməsi və gənclərə olan dövlət qayğısının bir nümunəsidir: “Ona görə də inanıram ki, qələbə qazanan hər bir namizədimiz gələcəkdə onlara göstərilən etimadı öz əməli işləri ilə doğruldacaqlar”.
YAP Qadınlar Şurasının üzvü Məleykə Ağayeva tədbirdəki çıxışında vurğulayıb ki, son 10-15 ildə Azərbaycanda dövlət idarəçiliyində, o cümlədən yerli özünüidarəetmə sahəsində ciddi islahatlar aparılıb. Daim irəliyə addımlayan ölkəmizdə bütün proseslər zamanın tələbinə, dövrün çağırışına uyğun tənzimlənir. Bu uğurlar bütün sahələrdə olduğu kimi bələdiyyələrin fəaliyyətində də hiss olunur. Yerli özünüidarəetmə orqanı olan bələdiyyələr ölkəmizin inkişafında daha yaxından iştirak etmək üçün beynəlxalq təcrübədən də istifadə etməlidir. Güman edirik ki, YAP-ın namizədləri, xüsusən də qadın namizədləri nəinki qalib olacaqlar, hətta seçkidən sonra qəsəbə və kəndlərin abadlaşması üçün ciddi layihələr həyata keçirəcəklər.
Bələdiyyə üzvlüyünə namizəd Nəmidə Nəmini qeyd edib ki, bələdiyyələrin ölkənin siyasi, ictimai həyatında fəaliyyəti, həyata keçirdiyi tədbirlərin və layihələrin əhəmiyyəti olduqca önəmlidir. Ona görə də biz qadınlar üçün yeni fəaliyyət imkanları olan bələdiyyələri ölkənin ən işlək strukturuna çevirmək hər kəsin vətəndaşlıq borcudur.
O sonda namizədlərin adından partiyanın onlara göstərdiyi etimada görə təşəkkürünü bildirib və seçkidə qələbə çalacaqlarına əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

