Şəmkirdə YAP tərəfindən bələdiyyə seçkilərində irəli sürülmüş namizədlərlə görüş keçirilib
09.12.2014 [10:21]
Görüşdə seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinin növbəti möhtəşəm qələbə qazanacaqlarına əminlik bir daha ifadə olunub
Şəmkir rayonunda Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş partiya fəalları ilə görüş keçirilib. Görüşdə YAP Şəmkir rayon təşkilatının, eyni zamanda da, Seçki Qərargahının sədri Fəxrəddin Vəliyev, Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü və partiyanın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qarşıdan gələn bələdiyyə seçkisindən danışıb və bələdiyyə seçkilərinin idarəetmədə mühüm rol oynadığını, bələdiyyələrin Avropa ölkələrinin idarəetmə sistemində geniş təcrübəyə və böyük nüfuza malik olduğunu qeyd edib.
Milli Məclisin üzvü, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bildirib ki, YAP ölkəmizdə alternativsiz siyasi qüvvədir: “Partiyamızın uğurlarının köklü səbəbləri var. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir və bu siyasət xalq tərəfindən yekdilliklə dəstəklənir. Təbii ki, YAP bu siyasətin ən fəal təbliğatçısı kimi cəmiyyətdə böyük nüfuza malikdir. Bu gün 630 min nəfərdən çox üzvü olan partiyamız bütün ictimai-siyasi proseslərin önündə gedir. YAP həm də bələdiyyələrin işinin yüksəldilməsi üçün səmərəli tədbirlər həyata keçirir. Bu işdə bələdiyyələrə seçiləcək partiya üzvlərinin üzərinə böyük məsuliyyət düşür”.
Çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə deyib ki, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində respublikamızın inkişafı sürətlənib və hər bir vətəndaş bunu öz sosial həyatında hiss edir: “Ölkəmizin ümumi inkişafına öz töhfəsini verən YAP-ın resurslarının güclənməsi də məhz keçirilən seçkilərdə öz təsdiqini tapır. YAP hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb. “Rifah və quruculuq naminə” şüarı ilə bələdiyyə seçkilərində iştirak edən YAP, seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq. YAP-ın uğurlarının əsasında xalq sevgisi, dəstəyi dayanır. Məhz bu dəstəyin nəticəsində partiyamız yarandığı tarixdən bu günə qədər ölkəmizdə keçirilən bütün siyasi kampaniyalarda, seçki prosesində qalib gəlib”.
Çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov isə Ulu öndər Heydər Əliyevin siyasi varisi, YAP Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində son 10 ildə əldə olunmuş uğurların YAP-ın ən böyük təbliğat vasitəsi olduğunu qeyd edib. O, Şəmkir rayonunun seçicilərinin 2013-cü il prezident seçkilərində olduğu kimi, 23 dekabr bələdiyyə seçkilərində də fəallıq göstərəcəyinə inandığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

