YAP cəmiyyətin avanqard güc mərkəzidir
09.12.2014 [09:48]
Abşeron rayonunun Qobu qəsəbəsində YAP-ın Seçki Qərargahının üzvləri partiyanın namizədləri ilə görüşüblər
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası davam edir. Kampaniya çərçivəsində dünən Abşeron rayonunun Qobu qəsəbəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş şəxslərlə Seçki Qərargahının üzvlərinin görüşü olub.
Tədbiri giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar, regionların sosial-iqtisadi cəhətdən dinamik inkişafı, işsizliyin minimuma endirilməsi və yoxsulluğun aradan qaldırılması istiqamətində görülən işlər YAP-ın irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyasının əsas istinad nöqtəsidir: “Azərbaycanın regionda hər cəhətdən lider ölkəyə çevrilməsi, xarici və daxili siyasətdə əldə edilən uğurlar, respublikanın demokratik inkişafı Yeni Azərbaycan Partiyasının namizədləri üçün əlverişli təbliğat mühiti formalaşdırır. Biz hamılıqla Azərbaycanın qarşıdakı illərdə daha da güclənməsi, sosial-iqtisadi cəhətdən daha da inkişaf etməsi üçün bu seçkilərdə də YAP-ın namizədlərinə səs verməliyik”.
Görüşdə çıxış edən Milli Məclisin deputatı İmamverdi İsmayılov bildirib ki, 2014-cü ilin ən mühüm siyasi kampaniyalarından biri 23 dekabr bələdiyyə seçkiləridir: “Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə hərtərəfli və ciddi hazırlaşaraq, həmçinin, mövcud potensialını səfərbər edərək bələdiyyə üzvlüyünə namizədlər irəli sürüb. Ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalardan daha çox namizəd irəli sürən YAP, cəmiyyətin avanqard güc mərkəzi olduğunu sübut etməklə yanaşı, seçki kampaniyasına digər təşkilatlardan daha hazırlıqlı olduğunu nümayiş etdirir”.
Daha sonra namizədlərdən Rövşən Cəfərov və Ənvər Əmiraslanov çıxış edərək ötən dövr ərzində bələdiyyələrin böyük təcrübə əldə etdiyini diqqətə çatdırıblar və əminliklə vurğulayıblar ki, bu seçkilərdən sonra formalaşacaq bələdiyyələr daha effektiv və səmərəli fəaliyyəti ilə dövlətimizin inkişafı prosesində layiqli yer alacaq.
Görüşdə çıxış edən seçicilər də yalnız Yeni Azərbaycan Partiyasına güvəndiklərini, seçkilərdə YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

