Nərimanov rayonunun ağsaqqalları YAP-ın namizədlərini dəstəkləyəcəklər
06.12.2014 [12:58]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında YAP tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərlə Nərimanov rayon Ağsaqqallar Şurası üzvlərinin görüşü keçirilib. Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov rayon Ağsaqqallar Şurasının sədr müavini Məhərrəm Sadıqov, təşkilatın Seçki Qərargahının üzvləri, partiya fəalları iştirak ediblər.
Tədbiri YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq, bələdiyyə seçkilərinə start veriləndən bu günə qədər görülmüş işlər barədə, eyni zamanda, namizədlərin təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsi prosesinin uğurla davam etməsi haqqında məlumat verib. T.Tağıyev, həmçinin, rayon Ağsaqqallar Şurasının bu günədək olan yüksək fəaliyyətinin gənc namizədlərimizə gələcək fəaliyyətlərində örnək olacağını və onların məsləhətlərinə daim ehtiyac olduğunu qeyd edərək, Ağsaqqallar Şurası üzvlərinin də qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstəkləyəcəklərindən əminliyini bildirib.
Daha sonra Nərimanov rayon Ağsaqqallar Şurasının sədr müavini Məhərrəm Sadıqov çıxış edərək, hər zaman olduğu kimi bu seçki prosesində də Ağsaqqallar Şurası olaraq fəal iştirak edəcəklərini və YAP tərəfindən irəli sürülmüş namizədləri dəstəklədiklərini vurğulayıb. O, Azərbaycanda bələdiyyələrin tarixinin qısa olmasına baxmayaraq, bütün ölkədə olduğu kimi, Nərimanov rayonunda da bələdiyyə institutunun formalaşma dövrünü artıq keçdiyini və böyük uğurlara imza atdığını qeyd edib.
Sonra Ağsaqqallar Şurasının fəal üzvlərindən olan Sücəddin Abdullayev, Ənvər Sadıqov, şairə Mərcan Şahbuzlu, bələdiyyə üzvlüyünə namizəd İradə Qarayeva və digərləri də çıxış edərək bildiriblər ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. YAP Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verməkdədir. Bütün bunlar da xalqımızın partiyamızı dəstəkləyəcəyinə təminat verir.
Sonda təşkilat sədri T.Tağıyev, bələdiyyə seçkilərində Nərimanov rayon sakinlərinin YAP-ın namizədlərinə səs verəcəyinə şübhə etmədiyini, eyni zamanda, partiyamızın namizədlərinin dövlətimizin tərəqqisi, xalqımızın rifahı naminə öz üzərlərinə düşən vəzifələrin öhdəsindən gələcəklərinə əminliyini qeyd edib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

