Astarada YAP-ın seçki qərargahının üzvləri partiyamızın namizədləri ilə görüşüblər
06.12.2014 [12:56]
Məlum olduğu kimi, artıq bir neçə gündür dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə namizədliyini irəli sürümüş şəxslərin təmsil olunduğu partiyalar tərəfindən təbliğat-təşviqat kampaniyasına başlanıb. Dünən belə görüşlərdən biri də Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatında YAP tərəfindən namizədliyi irəli sürülmüş şəxslərlə seçki qərargahının üzvləri arasında baş tutub. Görüşdə YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatları Mirkazım Kazımov, Aslan Cəfərov və YAP Mərkəzi Aparatının məsul əməkdaşı Məcid Əhmədov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatı 23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib: “Seçkilərə hazırlıqla əlaqədar rayon təşkilatı İdarə Heyətinin iclasında YAP seçki qərargahı Astara şöbəsinin 17 nəfərdən ibarət tərkibi təsdiq edilərək rayon təşkilatından bələdiyyələrə seçiləcək 163 nəfər tərkibi müəyyənləşdirmək üçün işçi qrupu yaradılıb. Daha sonra 15 bələdiyyə üzrə 163 nəfərin namizədliyi irəli sürülüb. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq hər bir bələdiyyə üzvlüyünə namizəd üçün imza vərəqələri alınaraq onların qısa müddətdə doldurulub müvafiq seçki dairələrinə təqdim edilməsi təmin olunub.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət tərəfindən həyata keçirilən genişmiqyaslı islahatlar, regionların sosial-iqtisadi cəhətdən dinamik inkişafı işsizliyin minimuma endirilməsi və yoxsulluğun aradan qaldırılması istiqamətində görülən işlər Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyasının əsas istinad nöqtəsidir: “Azərbaycanın regionda hər cəhətdən lider ölkəyə çevrilməsi, xarici və daxili siyasətdə əldə edilən uğurlar, respublikanın demokratik inkişafı Yeni Azərbaycan Partiyasının namizədləri üçün əlverişli təbliğat mühiti formalaşdırır. Biz hamılıqla Azərbaycanın qarşıdakı illərdə daha da güclənməsi, sosial-iqtisadi cəhətdən daha da inkişaf etməsi üçün bu seçkilərdə də YAP-ın namizədlərinə səs verməliyik”.
Milli Məclisin deputatları Mirkazım Kazımov və Aslan Cəfərov da çıxış edərək bildiriblər ki, 2014-cü ilin ən mühüm siyasi kampaniyalarından biri 23 dekabr bələdiyyə seçkiləridir. “Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə hərtərəfli və ciddi hazırlaşaraq və mövcud potensialını səfərbər edərək bələdiyyə üzvlüyünə namizədlər irəli sürüb. Ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalardan daha çox namizəd irəli sürən YAP, cəmiyyətin avanqard güc mərkəzi olduğunu sübut etməklə yanaşı, seçki kampaniyasına digər təşkilatlardan daha hazırlıqlı olduğunu nümayiş etdirir”.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

