Bələdiyyə seçkiləri demokratik inkişaf baxımından əhəmiyyətlidir
06.12.2014 [12:54]
YAP Ağstafa rayon təşkilatı Seçki Qərargahının üzvləri ilə namizədlərin görüşü keçirilib
Dünən Ağstafa rayonunda Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərlə YAP Ağstafa rayon təşkilatı Seçki Qərargahının üzvlərinin görüşü keçirilib. Görüşdə “Odlar Yurdu” Universitetinin rektoru, Milli Məclisin deputatı Əhməd Vəliyev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov iştirak ediblər.
“Odlar Yurdu” Universitetinin rektoru, Milli Məclisin deputatı Əhməd Vəliyev çıxış edərək bildirib ki, bu il yerli özünüidarəetmə institutunun yaradılmasının yubiley ilidir. O, 15 illik bir müddət ərzində bələdiyyələrin müəyyən inkişaf yolu keçməsindən, onların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən zəruri addımların atılmasından danışıb.
Daha sonra çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bələdiyyə seçkilərinin uğurla başa çatması üçün seçicilərin fəallığının yüksək olması amilindən danışaraq son illərdə respublikamızda görülmüş genişmiqyaslı işlər barədə ətraflı məlumat verib: “Sevindirici haldır ki, bələdiyyələrə namizədlər arasında qadınların və gənclərin sayı əvvəlki seçkilərə nisbətən çoxluq təşkil edir. Bələdiyyə seçkiləri, ümumilikdə bələdiyyələrin fəaliyyəti Azərbaycanın demokratik inkişafı baxımından olduqca əhəmiyyətlidir”.
YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov çıxış edərək Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslərə uğurlar arzulayıb və bələdiyyə seçkilərində də xalqımızın, o cümlədən, ağstafalıların Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəyinə inamını ifadə edib.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası tərəfindən Ağstafada mövcud 29 bələdiyyəyə 265 nəfərin namizədliyi irəli sürülüb. Namizədlikləri irəli sürülmüş şəxslər arasında YAP rayon təşkilatı qadınlara və gənclərə üstünlük verib. Belə ki, namizədlərin 65 nəfərini gənclər, 99 nəfərini isə qadınlar təşkil edir. Namizədlərin 236 nəfəri 108 saylı Ağstafa və 29 nəfəri 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairələrində qeydə alınıblar. YAP Ağstafa rayon təşkilatında yaradılmış təbliğat qrupu namizədlərin fəal təbliğatını seçki qanununa uyğun olaraq həyata keçirir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

