Lerik sakinləri bu seçkilərdə də YAP-ın namizədlərinə etimad göstərəcəklər
06.12.2014 [12:51]
Respublikanın bütün şəhər və rayonlarında olduğu kimi, Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatında da bələdiyyə üzvlüyünə YAP tərəfindən irəli sürülmüş namizədlərlə görüş keçirilib. Dünən baş tutan tədbirdə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı İqbal Məmmədov və YAP Mərkəzi Aparatının məsul əməkdaşı Məcid Əhmədov iştitak edib.
Tədbiri YAP Lerik rayon təşkilatının sədri Elxan Qəmbərov açaraq rayon təşkilatı tərəfindən görülən işlər barədə məlumat verib: “78 saylı Lerik Dairə Seçki Komissiyası üzrə rayonda fəaliyyət göstərən 29 bələdiyyəyə tərəfimizdən 368 nəfər YAP üzvünün namizədliyi irəli sürülərək qeydiyyatdan keçib. Bunların da 35,1 faizi qadınlar, 40,2 faizi isə gənclərdir. Hesab edirik ki, Yeni Azərbaycan Partiyası hər seçkilərdə olduğu kimi bu seçkidə də xalqına arxalanaraq böyük qələbə qazanacaq”.
Daha sonra çıxış edən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, son 11 ildə Azərbaycan iqtisadi cəhətdən böyük inkişaf yolu keçərək bu gün dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada addımlayır: “Əlbəttə ki, bu inkişafın memarı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və Onun layiqli davamçısı Prezident İlham Əliyevdir. Bu gün Prezidentimizin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti də məhz dövlətimizin daha da inkişafına, xalqımızın daha yaxşı yaşamasına yönəlib. Ona görə də partiyamızın fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, dəstəklənir. Biz inanırıq ki, bu bələdiyyə seçkilərində də seçicilər YAP-ın namizədlərinə səs verməklə, ölkəmizin inkişafına növbəti töhfəsini verəcəklər”.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında tədbir iştirakçılarına bələdiyyələrin keçdiyi inkişaf yolundan, hüquqi bazanın yaranmasından geniş söhbət açıb: “1995-ci ildə müstəqil respublikamızın ilk Konstitusiyası referendum yolu ilə qəbul olunduqdan sonra həmin sənəddə mülkiyyətin bölünməsi, hakimiyyətin formalarının müəyyənləşdirilməsi və yerli özünüidarəetmənin təşkili məsələləri əksini tapdı. Həmin dövrdən başlayaraq cəmiyyətimizdə yeni bir idarəetmə institutunun yaradılması ideyası ortaya çıxdı. O dövrdə Milli Məclisdə yaradılan daimi komissiyalardan biri yerli özünüidarəetmə məsələləri daimi komissiyası idi. Həmin komissiyada ilk olaraq gələcəkdə bələdiyyələrin təşkil olunması, onun fəaliyyətinin hüquqi tənzimlənməsi üçün müvafiq bazanın formalaşdırılması istiqamətində qanunlar, normativ hüquqi sənədlər hazırlanmağa başlandı. 1999-cu ilə qədər bu proses davam etdi və 1999-cu ildə respublikamızda ilk dəfə olaraq bələdiyyə seçkiləri keçirildi”.
Ötən dövr ərzində bələdiyyələrin böyük təcrübə əldə etdiyini diqqətə çatdıran Vüqar Rəhimzadə əminliklə vurğulayıb ki, bu seçkilərdən sonra formalaşacaq bələdiyyələr daha effektiv və səmərəli fəaliyyəti ilə dövlətimizin inkişafı prosesində layiqli yer alacaq.
Milli Məclisin deputatı İqbal Məmmədov çıxış edərək Azərbaycanın demokratik inkişaf yolunda dinamik addımlarla irəlilədiyini bildirib.
Son olaraq tədbir iştirakçıları çıxış edərək yalnız Yeni Azərbaycan Partiyasına güvəndiklərini, bundan sonra da alternativi olmayan YAP-a səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27

