Qazaxda bələdiyyə seçkilərində YAP tərəfindən irəli sürülmüş namizədlərlə görüş keçirilib
06.12.2014 [12:45]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası ölkəmizin hər yerində uğurla davam etdirilir. Bu çərçivədə növbəti görüş Qazax rayonunda keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı tərəfindən bələdiyyəyə namizədliyi irəli sürülmüş partiya fəalları ilə görüşdə Milli Məclisin deputatı Əhməd Vəliyev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP İcra Katibliyinin məsul işçisi Rafael Gülməmmədov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov qeyd edib ki, rayonda təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Bildirilib ki, rayonda 17 bələdiyyəyə seçki keçiriləcək. YAP tərəfindən 165 nəfər bələdiyyə üzvü yerinə 165 nəfərin namizədliyi irəli sürülüb: “Namizədlərimizin hamısı ali təhsillidirlər. Partiyamızın namizədlərinin 37 faizini qadınlar, 34 faizini gənclər təşkil edir. 21 nəfərdən ibarət Yeni Azərbaycan Partiyası Seçki Qərargahı Qazax rayon şöbəsinin üzvləri ayrı-ayrı yaşayış məntəqələrində təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirirlər. 107 saylı Qazax Seçki Dairəsi üzrə 14, 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi üzrə 3 bələdiyyəyə keçiriləcək seçkilərə tam hazırıq. 107 saylı Qazax Seçki Dairəsi ərazisində 42507 nəfər, 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi ərazisində 11886 nəfər seçici vardır. Bələdiyyə seçkilərinin demokratik, ədalətli və Seçki Məcəlləsinə uyğun keçirilməsi üçün bütün gücümüzlə çalışırıq. Müşahidəçilərin və məşvərətçi səs hüquqlu komissiya üzvlərinin sənədləri hazırlanıb Dairə Seçki Komissiyalarına təqdim olunub. Bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyası inamlı qələbə qazanacaq”.
Daha sonra tədbirdə çıxış edən millət vəkili, professor Əhməd Vəliyev və “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev son illərdə ölkəmizdə qazanılan uğurlardan danışıblar. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası qüdrətli, siyasi arenada özünəməxsus yer tutan ümumxalq partiyasıdır. Bir daha əminlik ifadə olunub ki, bütün seçkilərdə olduğu kimi, 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının qələbə qazanacağı heç kəsdə şübhə doğurmur.
Tədbirdə Qazax rayonunun seçicilərinin YAP-ın namizədlərini dəstəkləyəcəyi ifadə olunub.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

