Masallılıların seçimi Yeni Azərbaycan Partiyasının namizədləri olacaq
05.12.2014 [10:01]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə namizədliyi irəli sürülmüş şəxslərin təmsil olunduğu partiyalar tərəfindən təbliğat-təşviqat kampaniyasına başlanıb. Dünən belə görüşlərdən biri də Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında YAP tərəfindən namizədliyi irəli sürülmüş şəxslərlə seçki qərargahının üzvləri arasında baş tutub.
Tədbiri YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bələdiyyə seçkilərinə start veriləndən təşviqat işlərinə başlanan dövrə qədər görülmüş işlər barədə qonaqlara ətraflı məlumat verərək qarşıdan gələn bələdiyyə seçkilərinin siyasi-hüquqi, sosial və mədəni əhəmiyyətindən danışıb.
YAP İdarə Heyətinin üzvü, partiyanın İcra Katibliyinin məsul əməkdaşı Kərim Kərimov çıxış edərək qeyd edib ki, YAP alternativsiz siyasi qüvvədir və Azərbaycanın siyası arenasında özünəməxsus, əvəzolunmaz yer tutur. Çıxışında partiyanın bələdiyyə seçkiləri ilə əlaqədar həyata keçirdiyi işlərdən söhbət açan K.Kərimov həmçinin, əlavə edib ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasət siyasi sabitliyi şərtləndirir.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə bələdiyyə institutunun mahiyyəti və fəaliyyət mexanizmindən bəhs edərək iştirakçıların diqqətinə çatdırıb ki, bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır: “Azərbaycanda bələdiyyə institutu milli qanunvericiliyə əsasən təşəkkül tapıb və səmərəli fəaliyyət mexanizminə malikdir. Bələdiyyələr Azərbaycan Respublikası Konstitusiyası ilə və bu sahədəki qanunlarla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Sakinlərlə də ən sıx əlaqədə olan orqan məhz bələdiyyələrdir. Bu gün istər Bakımızın, istərsə də rayonlarda bələdiyyələrin fəaliyyəti nəticəsində qəsəbələrarası, məhəllədaxili yollar asfaltla örtülür, yaranan problemlər tez bir zamanda öz həllini tapır. Məndə sizi öz növbəmdə YAP-ın namizədlərinə səs verməyə, hər zaman möhtərəm Prezidentimiz İlham Əliyevin Sədri olduğu partiya ətrafında sıx birləşməyə dəvət edirəm”.
Milli Məclisin deputatı Nəriman Əliyev bildirib ki, bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə həyata keçirilir.
Görüşdə Prezident təqaüdçüsü Şirvan Əbilov, rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Əsədov və digərləri çıxış edərək bələdiyyə seçkilərində partiyanın namizədlərinin qalib gələcəklərinə əminliklərini ifadə edərək bu seçkilərdə də YAP-ın qələbəsinin şəksiz olduğunu bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

