Nəsimi seçiciləri ölkəmizin gələcək inkişafı üçün YAP-ın namizədlərinə səs verəcəklər
05.12.2014 [10:00]
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında bələdiyyə seçkilərində partiyanın namizədlərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində partiya fəalları və namizədlərlə görüş keçirilib. Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bələdiyyə seçkilərinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, qələbələr partiyası olan YAP bu seçkilərə də üstün nüfuzunun və yüksək ictimai dəstəyin fonunda gedir: “Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti Azərbaycanı parlaq gələcəyə aparır. Hər bir Azərbaycan seçicisi, o cümlədən, paytaxtın mərkəzi rayonlarından biri olan Nəsimi seçiciləri ölkəmizin gələcək inkişafı, tərəqqisi üçün seçkilərdə aktiv iştirak etməli və YAP-ın namizədlərinə səs verməlidirlər”.
Məlahət İbrahimqızı daha sonra qeyd edib ki, Yeni Azərbaycan Partiyası üstün nüfuza malik olan ümumxalq partiyasıdır. Partiyanın fəaliyyəti Azərbaycanın milli maraqlarına əsaslanır: “Ona görə də, bu siyasətə dəstək mənasında, Nəsimi rayonundan olan seçicilərin dekabrın 23-də YAP-ın namizədlərinə səs verəcəklərinə inanıram”.
Daha sonra çıxış edən YAP fəalı, rayon ağsaqqalı Cahangir Qocayev Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs edib və YAP-ın namizədlərinin növbəti dəfə əzəmətli qələbə qazanacağına inandığını bildirib: “Nəsimi rayonundan irəli sürülmüş namizədlərin böyük əksəriyyəti gənclərdir. Seçkilərdə qazandığım təcrübələri onlarla bölüşməyə və hər zaman onlara dəstək verməyə hazıram”.
Bələdiyyə üzvlüyünə namizədlər adından çıxış edən Nazim Qaraxanov isə bildirib ki, Prezident İlham Əliyevin ölkədə yürütdüyü düzgün siyasət nəticəsində müstəqil Azərbaycan inkişafın növbəti mərhələsinə qədəm qoyub: “Yeni Azərbaycan Partiyası Azərbaycanın hərtərəfli inkişafında xüsusi rol oynayır. Bu partiya Azərbaycan ictimaiyyətində böyük hörmət və nüfuza malikdir. İnanıram ki, bu seçkilərdə Azərbaycan cəmiyyəti, o cümlədən Nəsimi rayonundan olan seçicilər YAP-ın namizədlərinə etimad göstərəcək”.
Sonda YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bir daha Nəsimi rayon seçicilərinin xalqımızın alternativsiz seçimi - YAP-ın namizədlərinə etimad göstərəcəklərinə əminliyini vurğulayıb.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

