Ağcabədililər bələdiyyə seçkilərində də YAP-ın namizədlərinə səs verəcəklər
05.12.2014 [10:00]
YAP Ağcabədi rayon təşkilatı tərəfindən irəli sürülmüş namizədlərlə görüş keçirilib
Dünən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı tərəfindən Ağcabədi rayonu bələdiyyələrinə irəli sürülmüş namizədlərlə görüş keçirilib. Görüşdə partiyanın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri - millət vəkilləri Tahir Rzayev, Bəxtiyar Sadıqov, Elman Məmmədov iştirak ediblər.
Görüşü giriş sözü ilə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq bildirib ki, “YAP-ın bütün şəhər və rayon təşkilatlarında olduğu kimi, partiyanın Ağcabədi rayon təşkilatı da təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir”.
Onun sözlərinə görə, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar YAP Ağcabədi rayon təşkilatında 15 nəfərdən ibarət Seçki Qərargahı, qərargahın nəzdində 35 nəfərdən ibarət təşviqat qrupu yaradılıb: “Ağcabədi rayonu üzrə 82 saylı Ağcabədi Seçki Dairəsinin 46 məntəqəsində 44490 seçici və 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsinin Ağcabədi rayonu üzrə 27 seçki məntəqəsində 20441 seçici olmaqla cəmi 73 məntəqə və 64931 nəfər seçici var. Rayon üzrə YAP tərəfindən 359 nəfər partiya fəalının bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb, 140 nəfər YAP fəalı namizədlər üçün imza toplamağa cəlb edilib, imza vərəqələri doldurularaq seçki dairələrinə təqdim edilib və bütün namizədlər qeydə alınıb”.
R.Əhmədov ağcabədililərin bundan əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də YAP-ın namizədlərinə səs verəcəklərini bildirib.
Sonra çıxış edən millət vəkili Elman Məmmədov öncə Ümummilli lider Heydər Əliyev tərəfindən ölkə tarixinin mürəkkəb dövründə yaradılan YAP-ın fəaliyyət göstərdiyi 22 illik dövrdə gördüyü işlərə diqqət çəkib. Millət vəkili onu da deyib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti nəticəsində vətəndaşların sosial rifah halı daha da yaxşılaşıb, insanlar gələcəyə optimist baxırlar. “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov da ölkədə bütün sahələrdə əldə olunan uğurlardan danışıb və YAP-ın namizədlərinin növbəti dəfə əzəmətli qələbə qazanacağına inandığını bildirib. Sonda çıxış edən millət vəkili Tahir Rzayev bələdiyyə üzvlüyünə namizədlərə bələdiyyə üzvlərinin hüquq və vəzifələri, həmçinin, bələdiyyə qanunları barədə ətraflı məlumat verib.
Görüşdə bələdiyyə üzvlüyünə namizədlərdən Möhübbət İsmayılov və Kazım Gülmalıyev çıxış edərək bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar öz fikirlərini bildirib və onları maraqlandıran suallarla deputatlara müraciət ediblər.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

