Sumqayıt seçiciləri YAP-ın namizədlərini dəstəkləyirlər
04.12.2014 [11:08]
Yeni Azərbaycan Partiyası (YAP) qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Dünən YAP Sumqayıt şəhər təşkilatının Seçki Qərargahının üzvləri və namizədlər şəhərin 9-cu mikrorayon ərazisində seçicilərlə görüş keçiriblər. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev bələdiyyələrin fəaliyyəti ilə bağlı məlumat verib: “Bələdiyyələrin insanların həyatındakı yeri və rolu artmaqdadır. YAP tərəfindən Sumqayıt bələdiyyəsi üzvlüyünə irəli sürülən namizədlər şəhərimizdə kifayət qədər fəal və tanınmış şəxslərdir. İnanırıq ki, dekabrın 23-də Sumqayıt seçiciləri Ümummilli lider Heydər Əliyev siyasi kursuna, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasına olan inamını və sevgisini növbəti dəfə nümayiş etdirəcəklər. Mən şəhər sakinlərini Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram”.
Son illərdə Azərbaycanda aparılan inkişafa istiqamətlənən siyasətin böyük uğurlarla yadda qaldığını deyən natiq bu nailiyyətlərin davamlılığını təmin etmək üçün Yeni Azərbaycan Partiyasına növbəti dəfə etimad göstərməyin ilkin şərtlərdən olduğunu önə çəkib. Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə 15 minə qədər namizədlə qatıldığını bildirən natiq əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən siyasi kursun ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət göstərdiyini deyib.
Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası hər zaman ölkədə keçirilən seçkilərdə yüksək səs çoxluğu ilə qələbə qazanıb. Bu, xalqımızın Ümummilli lider Heydər Əliyev siyasi kursuna inamından və Yeni Azərbaycan Partiyasının xalqın partiyası olmasından irəli gəlir.
Tədbir iştirakçıları seçiciləri maraqlandıran sualları cavablandırıblar.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

