Bərdə rayonunda YAP fəalları ilə görüş keçirilib
04.12.2014 [10:54]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatında partiya fəalları ilə görüş keçirilib. Bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində keçirilən görüşdə YAP-ın səlahiyyətli nümayəndələri - Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Tahir Rzayev, Elman Məmmədov və YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, eləcə də, təşkilatın Seçki Qərargahının üzvləri, bələdiyyə üzvlüyünə namizədlər iştirak ediblər.
Görüşü YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətindən bəhs edib. F.Şadlinskaya Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu amil qarşıdan gələn bələdiyyə seçkilərində də YAP-ın uğur qazanmasına müsbət təsir göstərəcək. F.Şadlinskaya, həmçinin, YAP Bərdə rayon təşkilatının bələdiyyə seçkiləri ilə bağlı gördüyü işlərdən də danışıb.
Tədbirdə YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri - Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Elman Məmmədov və Tahir Rzayev dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin mahiyyətindən, 2009-2014-cü illər ərzində bələdiyyələrin üzərinə düşən vəzifələrin yerinə yetirilməsindən, bölgələrin abadlaşdırılmasından, müasirləşməsindən, əhaliyə xidmətin keyfiyyətinin yaxşılaşmasından və nailiyyətlər əldə etmələrindən danışıblar. Bildirilib ki, bələdiyyə üzvləri arasında çoxluğa sahib olan Yeni Azərbaycan Partiyasının uğurları ilə fəxr edilməlidir.
Çıxışlarda qeyd olunub ki, YAP bələdiyyə seçkilərinə inamla və aydın proqramla gedir. Seçicilərin partiyaya olan inamı və dəstəyi bu proqramın həyata keçirilməsinə və əhaliyə daha keyfiyyətli bələdiyyə xidməti göstərilməsi üçün ən layiqlilərin yerli özünüidarəetmə orqanlarına seçilməsinə etibarlı təminat olacaq.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

