Biləsuvarlılar bu dəfə də YAP-ın namizədlərinə səs verəcəklər
03.12.2014 [09:41]
YAP Biləsuvar rayon təşkilatı tərəfindən irəli sürülmüş namizədlərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatında bələdiyyə seçkilərində partiya tərəfindən Biləsuvar rayon bələdiyyələrinə irəli sürülmüş namizədlərlə və Seçki Qərargahının üzvləri ilə görüş keçirilib. Görüşü YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev açaraq bələdiyyə seçkilərinə start veriləndən təşviqat işlərinə başlanan dövrə qədər görülmüş işlər barədə ətraflı məlumat verib.
Çıxış edən millət vəkili Malik Həsənov qeyd edib ki, YAP alternativsiz siyasi qüvvədir və Azərbaycanın siyası arenasında özünəməxsus yer tutur. Çıxışında partiyanın bələdiyyə seçkiləri ilə əlaqədar həyata keçirdiyi işlərdən söhbət açan millət vəkili, həmçinin, əlavə edib ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasət siyasi sabitliyi şərtləndirir: “Həyata keçirilən uğurlu siyasət Azərbaycanın dinamik iqtisadi inkişafını təmin edib. Sevindirici haldır ki, bu işlərdə bələdiyyələr də müstəsna rol oynamaqdadır”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə bələdiyyə institutunun mahiyyəti və fəaliyyət mexanizmindən bəhs edərək diqqətə çatdırıb ki, bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır: “Azərbaycanda bələdiyyə institutu milli qanunvericiliyə əsasən təşəkkül tapıb və səmərəli fəaliyyət mexanizminə malikdir. Bələdiyyələr Azərbaycan Respublikası Konstitusiyası ilə və bu sahədəki qanunlarla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir”.
Baş redaktor bələdiyyə seçkilərinin demokratik idarəetmə sisteminin mühüm komponenti olduğunu diqqətə çatdıraraq deyib ki, bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir. Bu prosesdə təbliğat-təşviqat işləri də mühüm əhəmiyyət kəsb edir. “Təbliğat-təşviqat işinin yerli qanunvericiliyə, müəyyən olunmuş standartlara müvafiq surətdə aparılması olduqca vacib və zəruri amildir”.
Natiq daha sonra hər bir namizədin əhali arasında hansı formada təbliğat aparmalı olduğunu siyasi və hüquqi nöqteyi-nəzərdən izah edib.
Görüşə yekun vuran YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev vurğulayıb ki, partiya tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş şəxslər öz intellektinə, aktiv ictimai fəaliyyətinə görə fərqlənirlər. Bu seçkilərdə qadınlara və gənclərə xüsusi yer verilib: “Əminliklə deyə bilərəm ki, yenə də biləsuvarlıların seçimi YAP-ın namizədləri olacaq”.
Sonda natiq Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərə bu seçkilərdə uğurlar arzulayıb.
Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov da iştirak edib.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

