Cəlilabad seçiciləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklər
03.12.2014 [09:34]
YAP Cəlilabad rayon təşkilatı tərəfindən irəli sürülmüş namizədlərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının Seçki Qərargahı bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat tədbirlərini davam etdirir. Bu kontekstdə dünən bələdiyyə üzvlüyünə namizədliyi verilmiş şəxslərlə və Seçki Qərargahının üzvləri ilə görüş keçirilib. Tədbirdə Milli Məclisin deputatı Malik Həsənov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP İcra Katibliyinin məsul işçisi Məcid Əhmədov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı qeyd edib ki, Azərbaycan son illər ərzində dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib: “Son 10 ildə Azərbaycanın iqtisadi artımı 3 dəfədən çox, büdcə xərcləri 20 dəfə artıb, yoxsulluq və işsizliyin səviyyəsi kəskin şəkildə azalıb. Azərbaycanın beynəlxalq arenada nüfuzu ildən-ilə artır və bu gün ölkəmiz dünyada ən etibarlı tərəfdaş kimi tanınır. Bu nailiyyətlərin fonunda əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə etimadın yüksək olacağına ümid edirik”.
Sonra Milli Məclisin deputatı Malik Həsənov çıxış edərək bələdiyyə seçkilərinin mahiyyətindən bəhs edib, seçkilərin yüksək fəallıq şəraitində baş tutacağına əminliyini ifadə edib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu geniş məruzə ilə çıxış edərək qarşıdan gələn bələdiyyə seçkilərinin siyasi-hüquqi, sosial və mədəni əhəmiyyətindən danışıb, seçkiöncəsi ictimai-siyasi vəziyyəti analiz edib. Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün sahələrini əhatə edən səmərəli fəaliyyətindən bəhs edən Hikmət Babaoğlu əlavə edib ki, YAP sahib olduğu strateji resurslarla Azərbaycan siyasi sisteminin alternativsiz siyasi güc mərkəzidir: “YAP-ın 22 illik tarixi var və cəmiyyətə təqdim etdiyi dəyərlər, məqsədlər artıq siyasi ənənə kimi səciyyələndirə biləcəyimiz ideoloji tezislər vasitəsilə Azərbaycan xalqı tərəfindən mənimsənilib. Ona görə də, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də YAP-ın namizədləri qələbə qazanacaqlar”.
Tədbirdə Bələdiyyələri əlaqələndirmə şurasının sədri Bağış Mustafayev, YAP Cəlilabad rayon təşkilatı Gənclər Birliyinin üzvü Elçin Hüseynov, Qarazəncir kənd ərazi ilk partiya təşkilatının sədri Rəhimdil Həsənov, “Yeni Gün” rayon qəzetinin redaktoru Böyükxan Bağırov, YAP Cəlilabad rayon təşkilatı Qadınlar Şurasının sədri Fərqanə Məmmədova və digərləri çıxış edərək bələdiyyə seçkilərində partiyanın namizədlərinin qalib gələcəklərinə əminliklərini ifadə ediblər. Diqqətə çatdırılıb ki, bu seçkilərdə də YAP-ın qələbəsi şəksizdir.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

