Goranboy seçiciləri ölkəmizin gələcək inkişafı üçün YAP-ın namizədlərinə səs verəcəklər
03.12.2014 [09:27]
Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatında bələdiyyə seçkilərində partiyanın namizədlərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində partiya fəalları və namizədlərlə görüş keçirilib. Görüşdə YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri, millət vəkilləri - Elman Məmmədov, Bəxtiyar Sadıqov, Tahir Rzayev və YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov bələdiyyə seçkilərinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, qələbələr partiyası olan YAP bu seçkilərə də üstün nüfuzunun və yüksək ictimai dəstəyin fonunda gedir: “Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti Azərbaycanı parlaq gələcəyə aparır. Hər bir Azərbaycan seçicisi, o cümlədən, Goranboy seçiciləri ölkəmizin gələcək inkişafı, tərəqqisi üçün seçkilərdə aktiv iştirak etməli və YAP-ın namizədlərinə səs verməlidirlər”.
Daha sonra çıxış edən “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs edib və YAP-ın namizədlərinin növbəti dəfə əzəmətli qələbə qazanacağına inandığını bildirib: “Azərbaycanın sürətli inkişafına Yeni Azərbaycan Partiyası çoxşaxəli fəaliyyəti ilə müstəsna töhfələr verir”.
Millət vəkili Tahir Rzayev isə bildirib ki, ötən 11 ilin nəticələri və yekunları bir daha sübut edir ki, müstəqil Azərbaycan inkişafın növbəti mərhələsinə qədəm qoyub: “Yeni Azərbaycan Partiyası Azərbaycanın hərtərəfli inkişafında xüsusi rol oynayır. Bu partiya Azərbaycan ictimaiyyətində böyük hörmət və nüfuza malikdir. İnanıram ki, bu seçkilərdə Azərbaycan cəmiyyəti YAP-ın namizədlərinə etimad göstərəcək”.
Millət vəkili Elman Məmmədov da tədbirdə çıxış edərək Goranboy seçicilərini YAP-ın namizədlərinə səs verməyə çağırıb: “Yeni Azərbaycan Partiyası üstün nüfuza malik olan ümumxalq partiyasıdır. Partiyanın fəaliyyəti Azərbaycanın milli maraqlarına əsaslanır. Ona görə də, bu siyasətə dəstək mənasında Goranboy seçicilərinin bu seçkilərdə də YAP-ın namizədlərinə səs verəcəklərinə inanıram”.
NURLAN
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

