YAP Yevlax rayon təşkilatı tərəfindən irəli sürülmüş namizədlərlə görüş keçirilib
02.12.2014 [09:45]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatında bələdiyyə seçkilərində partiya tərəfindən Yevlax rayonu bələdiyyələrinə namizədliyi irəli sürülmüş fəallarla görüş keçirilib. Görüşdə partiyanın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri-millət vəkilləri Tahir Rzayev, Bəxtiyar Sadıqov, Elman Məmmədov, İlham Məmmədov, həmçinin, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak ediblər.
Görüşü giriş sözü ilə YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov açaraq bildirib ki, Yevlax şəhəri ərazisində 2 dairə üzrə 57 məntəqə mövcuddur. Bunlardan 48 saylı Yevlax Seçki Dairəsi üzrə 31 məntəqə və 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsi üzrə 26 məntəqə fəaliyyət göstərir. 2 Dairə üzrə ümumilikdə 58 minə yaxın seçici qeydiyyata alınıb. Onun sözlərinə görə, Yevlax rayonu üzrə 1 şəhər, 1 qəsəbə, 27 kənd olmaqla 29 bələdiyyə fəaliyyət göstərir. Seçki Məcəlləsinə uyğun olaraq 29 bələdiyyənin tərkibində mövcud olan ümumilikdə 267 yerə 267 nəfər partiya fəalının namizədliyi irəli sürülüb.
Onun sözlərinə görə, 267 nəfərin 108 nəfəri (41 faizi) gənclərdən, 124 nəfəri (47 faizi) qadınlardan ibarətdir. Partiya tərəfindən irəli sürülən namizədlərin hər biri müvafiq dairə seçki komissiyalarında qeydə alınıb.
O da bildirilib ki, YAP Yevlax rayon təşkilatı bələdiyyə seçkilərində 2 dairə və 57 məntəqə üzrə hər birinə 1 nəfər müşahidəçi, həmçinin, 1 nəfər məşvərətçi olmaqla ümumilikdə 118 partiya fəalını seçki proseslərini izləmək üçün səfərbər edib.
Sonra millət vəkilləri Elman Məmmədov və Bəxtiyar Sadıqov çıxış edərək namizədlərlə bağlı fikirlərini, həmçinin, təbliğat-təşviqat kampaniyası dövründə atılmalı olan addımlarla bağlı tövsiyələrini səsləndiriblər. Çıxışlarda o da qeyd olunub ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə keçirilən bütün seçkilərin qalibi olan Yeni Azərbaycan Partiyası növbəti bələdiyyə seçkilərində də qalib gəlmək əzmindədir.
Sonda məruzə ilə çıxış edən millət vəkili Tahir Rzayev bələdiyyə üzvlüyünə namizədlərə bələdiyyə üzvlərinin hüquq və vəzifələri, həmçinin, bələdiyyə qanunları barədə ətraflı məlumat verib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31

