“İrəvan və İrəvan xanlığının Azərbaycan tarixində yeri və rolu”
28.11.2014 [09:48]
YAP-ın Humanitar məsələlər komissiyası bu mövzuda elmi konfrans keçirib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Humanitar məsələlər komissiyası “İrəvan və İrəvan xanlığının Azərbaycan tarixində yeri və rolu” mövzusunda elmi konfrans keçirib. Konfransda komissiya üzvləri ilə yanaşı, Milli Məclisin deputatları, tarixçi-alimlər, YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının rəhbərləri və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü, “Azərsutikinti” Səhmdar Cəmiyyətinin sədri Yusif Hümbətov bildirib ki, bu mövzunun seçilməsində məqsəd İrəvanın tarixini və mədəniyyətini yaddaşlarda təzələmək, həmçinin, öz doğma dədə-baba torpaqlarımıza varislik hüququmuzu ictimaiyyətin diqqətinə çatdırmaqdır.
Onun sözlərinə görə, Azərbaycan torpağı çoxlu sayda elm, mədəniyyət, incəsənət və dövlət xadimləri yetişdirib. Onlar ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edib və xalqımızın intibahına öz töhfələrini veriblər: “Burada maarifçilər - Mirzə Kazımın, Firudin bəy Köçərlinin, ədəbiyyatşünaslar - Mirəli Seyidovun, Cəfər Xəndanın, tibb sahəsində tanınmış elm xadimi Mustafa bəy Topçubaşovun, bəstəkarlardan Səid Rüstəmovun adını çəkmək olar. Dövlət xadimlərindən isə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşov, Dağıstan Vilayət Partiya Komitəsinin rəhbəri Əziz Əliyev və dahi insan, görkəmli dövlət xadimi, bəşəri dəyərlərin carçısı, Azərbaycan xalqının xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, Ümummilli liderimiz Heydər Əliyev bu torpağın yetişdirdiyi şəxsiyyətlərdir. Son 10 ildə Azərbaycanın əldə etdiyi möhtəşəm uğurlar Ulu öndər Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının nəticəsidir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Bunun nəticəsində də Azərbaycan dinamik inkişaf edir və bu baxımdan dünyada ön sıralarda yer alıb”.
Daha sonra komissiyanın üzvü, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov İrəvanın tarixi haqqında geniş məlumat verib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan edib ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin onlara verdiyi İrəvan və ətraflarını əhatə edən Azərbaycan torpaqlarında bir dəfə özlərinə dövlət yaradıblar: “Azərbaycan öz ərazisində təcavüzkar Ermənistana ikinci erməni dövləti yaratmağa imkan verməyəcək. Ölkə başçısının tövsiyə və tapşırıqları əsasında AMEA-nın Tarix İnstitutunda bu istiqamətdə aparılan tədqiqatlar daha da genişləndirilib, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsilə bağlı bir sıra yeni sənədlər və maraqlı faktlar aşkar olunub. Həmin sənədlər sübut edir ki, erməni tərəfi Batum danışıqları və müqavilələrinə (11 may - 4 iyun 1918-ci il) əsasən İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə bir sıra öhdəliklər götürmüşdü. Lakin ermənilər məqsədlərinə nail olduqdan sonra üzərlərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozub, işğalçılıq siyasətini davam etdiriblər”.
“Azər-İlmə” şirkətinin rəhbəri Vidadi Muradov isə konfransda “İrəvan Azərbaycanın xalçaçılıq mədəniyyətinin mərkəzi kimi” mövzusunda çıxış edib. V.Muradov bildirib ki, İrəvan şəhəri və onun ətrafında olan mahallar qədim türk-oğuz tayfalarının yaşadığı ərazilər olub. Onun sözlərinə görə, bu ərazinin tarixi abidələri yerli əhalinin tarixindən, dünyagörüşündən, etnik mənsubiyyətindən xəbər verir: “İstər coğrafi adlar, istərsə də müasir dövrümüzədək gəlib çatmış folklor nümunələri vaxtilə bu ərazidə yaşamış Azərbaycan türklərinin keçmişini, zəngin mədəni irsini özündə təcəssüm etdirir. Onlar tarixən bu torpaqlarda əkinçilik, baramaçılıq, heyvandarlıq kimi təsərrüfat sahələri, həmçinin xarratlıq, dulusçuluq, tikmə, xalçaçılıq kimi sənət sahələri ilə məşğul olmuşlar. İrəvan şəhəri və onun ətrafındakı mahallarda yaşayan azərbaycanlı-türk əhali əsrlər boyu həm xovlu, həm də xovsuz texnika əsasında xalça və xalça məmulatları toxuyub”.
Konfransda həmçinin, tarixçi alimlər Nazim Mustafa “Vandalizm: İrəvan xanlığı ərazisindəki Azərbaycan xalqına məxsus tarixi adlara qarşı soyqırımı”, Vasif Qafarov “1918-ci ildə Azərbaycan torpaqlarında yaradılmış erməni dövlətinin ərazisi və əhalisi”, Cəbi Bəhramov “İtirilmiş torpaqlara Azərbaycan xalqının tarixi varislik hüququnun bərpa olunmasının hüquqi aspektləri” mövzularında çıxış ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38

