YAP-ın fəaliyyəti müasir tariximizin şərəfli səhifələrindən birini təşkil edir
22.11.2014 [11:52]
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 22-ci ildönümü münasibətilə YAP Bərdə rayon təşkilatında tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Tədbirdə çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş partiyanın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan və qazanılan uğurlardan danışıb. Bildirib ki, YAP Azərbaycanın son dərəcə ağır və böhranlı günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə tarixi zərurətdən yaranıb və partiyanın fəaliyyəti müasir tariximizin şərəfli səhifələrindən birini təşkil edir.
Qeyd olunub ki, dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda ictimai-siyasi gərginlik, vətəndaş qarşıdurması, iqtisadi böhran getdikcə dərinləşir, hakimiyyət uğrunda amansız mübarizə gedirdi. Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalq yeganə xilas yolunu Heydər Əliyev dühasında, Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində görürdü. Xalqın geniş təbəqəsinin iradəsini ifadə edən ziyalılar 1992-ci il oktyabrın 16-da Heydər Əliyevə müraciət ünvanladılar. Ulu öndər bu müraciətə “Yeni, müstəqil Azərbaycan uğrunda” adlı çağırış xarakteri daşıyan məktubla cavab verdi. Bu çağırış YAP-ın, Heydər Əliyev ideyalarının ətrafında sıx birləşmiş yüz minlərlə insanın vahid siyasi məqsədinə, Azərbaycanın milli ideoloji məramına və proqramına çevrildi, müstəqil dövlət quruculuğunun ilk konsepsiyası oldu.
Tədbirdə bildirilib ki, 1993-cü il martın 13-də 185 nəfər təəssübkeşin iştirakı ilə təsis edilən YAP Bərdə rayon təşkilatında bu gün 164 ilk ərazi partiya təşkilatı mövcuddur və onlar özündə 10574 nəfər üzvü birləşdirir. YAP Bərdə rayon təşkilatı rayonun ictimai-siyasi həyatında fəal iştirak edir.
Digər çıxışlarda da YAP-ın nüfuzlu siyasi qüvvəyə çevrilməsində partiyanın yaradıcısı, Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub, Ümummilli liderin siyasi xəttinin bu gün partiyanın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın iqtisadi inkişaf sürətinə görə dünyanın qabaqcıl ölkələrindən biri olduğu vurğulanıb.
Sonda YAP Bərdə rayon təşkilatı sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

