Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
22.11.2014 [11:46]
YAP Samux rayon təşkilatı partiyanın yaranmasının 22-ci ildönümü münasibəti ilə tədbir keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı partiyanın yaranmasının 22-ci ildönümü münasibəti ilə tədbir keçirib. Tədbirdə YAP rayon təşkilatının idarə heyəti və şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Yeni Azərbaycan Partiyasının 22 ildə keçdiyi şərəfli yoldan ətraflı bəhs edib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının təsis olunması Azərbaycanın müasir siyasi tarixinin mühüm səhifələrindən biridir.
Sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov YAP-ın yarandığı tarixi şəraitdən, keçdiyi zəngin inkişaf yolundan, onun yaradıcısı, Ulu öndərimiz Heydər Əliyevin xilaskarlıq missiyasından, partiyanın cəmiyyətdəki rolundan, rayon təşkilatının fəaliyyətindən ətraflı bəhs edərək qeyd edib ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi uğurlar və qazandığı nailiyyətlər partiyanın yüksək nüfuzu və səmərəli fəaliyyətini göstərir.
Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının da qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirdiyini deyən G.Bayramov əlavə edib ki, ötən müddət ərzində YAP Samux rayon təşkilatında say tərkibinin kəmiyyət və keyfiyyət baxımından artımında müsbət irəliləyişlər qeydə alınıb: “1993-cü ildə rayon təşkilatı ətrafında cəmi 3 ilk ərazi partiya təşkilatı, 30 nəfər partiya üzvünü birləşdirirdisə, hazırda 74 ilk partiya təşkilatı öz ətrafında 5019 partiya üzvünü birləşdirir. Bunlardan 2871 nəfərini (57,2 faiz) qadınlar, 1843 nəfərini isə (33,5 faiz) gənclər təşkil edir”.
Daha sonra tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşad Qarayev, rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Xəlilova və bir sıra partiya fəalları qurucusu Ümummilli liderimiz Heydər Əliyev olan YAP-ın çox çətin sınaqlardan keçərək ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında aparıcı qüvvəyə çevrildiyini diqqətə çatdırıblar. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir.
Tədbirin sonunda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi və partiyanın işində fəallıq göstərən 6 nəfər partiya üzvünə fəxri fərman təqdim edilib.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27

