YAP Xəzər rayon təşkilatı partiyanın yaranmasının 22 illiyini qeyd edib
21.11.2014 [09:45]
Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı Şüvəlan Mədəniyyət Evində partiyanın yaranmasının 22 illiyini qeyd edib. Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Öncə tədbir iştirakçıları Xəzər rayonu Heydər Əliyev adına parkda Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə iştirakçıları təbrik edib. N.Əhmədov Yeni Azərbaycan Partiyasının 22 il ərzində ümumxalq partiyasına çevrildiyini, bütün bu müddət ərzində Azərbaycanın inkişafı naminə çalışdığını bildirib. O, tarixə qısa ekskurs edərək partiyanın yaranmasından danışıb, 1990-cı ilin əvvəllərində Azərbaycanın dərin böhran vəziyyətində olduğunu, bu böhrandan xalqı və dövləti Ulu öndər Heydər Əliyevin çıxardığını, xalqın ziyalılarının müraciəti ilə 1992-ci il 21 noyabr tarixində Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yarandığını bildirib. Təşkilat sədri Ümummilli liderin əsasını qoyduğu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin nəticəsində hazırda ölkəmizin qüdrətli dövlətə çevrildiyini qeyd edib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev əlamətdar gün münasibətilə hər kəsi təbrik edib, partiyanın çətin dönəmlərdə yarandığını, həmin dövrdə Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalının Ümummilli lider Heydər Əliyevə müraciət etdiyini və bundan sonra Naxçıvanda 550 nəfər nümayəndənin iştirakı ilə 21 noyabr 1992-ci il tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyini bildirib. R.Əliyev 1990-cı ilin əvvəllərində ölkəni idarə edən şəxslərin yarıtmaz fəaliyyətinin xalqın səbr kasasının daşmasına səbəb olduğunu, xalqın Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etdiyini, 1993-cü ildə Heydər Əliyevin Azərbaycanı məhv olmaqdan xilas etməsinin Azərbaycan tarixində mühüm tarixi hadisə olduğunu bildirib. O, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət nəticəsində bu gün respublikanın sürətlə inkişaf etdiyini və Xəzər rayonunun da davamlı şəkildə inkişaf etdiyini vurğulayıb.
Daha sonra tədbirdə çıxış edən Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Yeni Azərbaycan Partiyasının yaranmasının 22 illiyi münasibətilə təbriklərini çatdırıb və Yeni Azərbaycan Partiyasının Azərbaycanın müasir siyasi tarixində mühüm rolundan danışıb. G.İslamov Ümummilli liderin Öz xalqını, dövlətini fədakarcasına sevdiyini, xalqının yolunda bütün çətinliklərdən keçdiyini, 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaratdığını, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə əsl vətən, dövlət sevgisi göstərdiyini qeyd edib. O, Ulu öndərin hər zaman Öz xalqının yanında olduğunu, bu gün Onun ideyalarının yaşadığını vurğulayıb. İcra Hakimiyyətinin başçısı Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu inkişaf strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyini qeyd edib, hər kəsin Prezident İlham Əliyevin ətrafında birləşməsinin vacibliyini, dövlət başçısının Azərbaycanın inkişafı üçün çalışdığını və bu fəaliyyətin hər kəsə nümunə olduğunu bildirib.
Çıxışlardan sonra tədbir konsert proqramı ilə davam etdirilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30

