YAP Qazax rayon təşkilatı partiyanın yaranmasının 22-ci ildönümünü qeyd edib
20.11.2014 [10:02]
Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı partiyanın yaradılmasının 22-ci ildönümü ilə bağlı tədbir keçirib. Öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Toplantıda YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov geniş məruzə ilə çıxış edib. Ümummilli lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının yarandığı dövrə ekskurs edən natiq bildirib ki, məhz partiyamızın yaranması ilə Azərbaycan vətəndaşlarında gələcəyə inam bərqərar oldu: “Bu gün isə Prezident İlham Əliyevin Sədri olduğu YAP ümumxalq partiyasına çevrilib. YAP-ın cəmiyyətin inkişafını hədəfləyən çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi partiyanın tərəfdarlarının sayının artmasına səbəb olub. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib”.
Daha sonra tədbirdə YAP Qazax rayon təşkilatının Şura üzvləri Abbas Göyüşov, Nemət Əliyev, partiya rayon təşkilatı Qadınlar Şurasının üzvü Tərlan Bədəlova, YAP Qazax rayon təşkilatı Gənclər Birliyinin sədri Vüsal İsmayılov çıxış ediblər.
Çıxış edən Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərman Nağdalıyev bildirib ki, Ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqil dövlət kimi inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərib. Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında, ölkəmizin regionun liderinə çevrilməsində YAP-ın özünəməxsus rolu vardır. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının sıralarında 650 mindən artıq üzvün birləşməsi vətəndaşlarımızın Azərbaycanın bugünkü reallığının və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə olan münasibətin ifadəsidir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

