YAP Şuşa rayon təşkilatı partiyanın yaranmasının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirib
20.11.2014 [10:01]
Noyabrın 19-da “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin qərargahında Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açaraq “Müdrik Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan dövləti bundan sonra da güclənəcək, zənginləşəcək və hərtərəfli inkişaf edəcəkdir” mövzusunda məruzə edib, YAP-ın keçdiyi 22 illik şərəfli yola qısa nəzər salıb, partiyanın əldə etdiyi uğurlar barədə danışıb.
Qeyd olunub ki, müstəqilliyinə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən, o illərdə mövcud olmuş siyasi durumun doğurduğu obyektiv şəraitdən irəli gəlib. Böyük siyasi xadim Heydər Əliyev ideyalarının daşıyıcısı olan bir partiyanın siyasi səhnəyə vəsiqə alması həm də 1988-ci ildən başlayaraq respublikada cərəyan edən hadisələrin yekunu, ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. O dövrdə ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial gərginlik xalqın qabaqcıl hissəsi olan tanınmış ziyalıları son dərəcə narahat edirdi. Məhz ona görə də, Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq və xalqın dahi oğlu Heydər Əliyevin ətrafında sıx birləşmək haqqında düşünürdülər. Çıxışda daha sonra bildirilib ki, 1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verib, Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilib. Konfransda böyük siyasi xadim Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilib. Həmin konfransda müəyyən olunmuş siyasi xətt bu gün də Yeni Azərbaycan Partiyasının Sədri Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev “Yeni Azərbaycan Partiyası - böyük və şərəfli yol keçən partiyadır” mövzusunda və rayon təşkilatının fəaliyyəti barədə, İcra Hakimiyyəti başçısının müavini, YAP Şuşa rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva isə “Yeni Azərbaycan Partiyası Heydər Əliyevin haqq səsidir” mövzusunda məruzə ilə çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında YAP bundan sonra da uğurlu siyasətini qətiyyətlə davam etdirəcək.
Tədbirin sonunda YAP sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqəsi təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27

