YAP Tərtər rayon təşkilatı bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşır
19.11.2014 [10:08]
Ramiz Şabanov: İrəli sürülən namizədlərin 40 faizdən çoxunu qadınlar və gənclər təşkil edir
“Məlum olduğu kimi, oktyabrın 29-da Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Bələdiyyə seçkiləri kampaniyasına hazırlıqla bağlı məsələlərin müzakirə edildiyi həmin müşavirədə partiyanın yerli strukturlarının qarşıda duran vəzifələrin yerinə yetirilməsi məqsədilə səfərbər edilməsi, irəliyə sürülən namizədlər üçün treninqlərin təşkil edilməsi tövsiyə olunub, seçki kampaniyasının yüksək səviyyədə keçirilməsi üçün digər zəruri tapşırıqlar verilib. YAP Tərtər rayon təşkilatı da öz fəaliyyətini bu tövsiyə və tapşırıqlar əsasında qurub”.
Bunu qəzetimizə açıqlamasında YAP Tərtər rayon təşkilatının sədri, rayon təşkilatı Seçki Qərargahının rəhbəri Ramiz Şabanov deyib. Onun sözlərinə görə, dekabrın 23-də ölkəmizdə keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə əlaqədar YAP Tərtər rayon təşkilatında 13 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb. Bunun ardınca hər bir məntəqədə fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlər və müşahidəçilər təyin edilib, eləcə də təbliğat kampaniyasında iştirak edəcək fəalların tərkibi müəyyənləşdirilərək rayon təşkilatının müvafiq tarixli heyət iclaslarında təsdiq olunub.
Seçkilərə hazırlığın yüksək səviyyədə keçdiyini deyən Ramiz Şabanov onu da əlavə edib ki, YAP Tərtər rayon təşkilatının Seçki Qərargahının üzvləri arasında iş bölgüsü və Fəaliyyət Proqramı hazırlanaraq, təsdiq edilib.
YAP Tərtər rayon təşkilatı 84 ərazi ilk partiya təşkilatında 5569 nəfər partiya üzvünü birləşdirir ki, onların da 2896 nəfəri qadın, 1415 nəfəri isə gənclərdir: “Hazırda bütün partiya üzvləri bələdiyyə seçkilərinə hazırlıqla bağlı səfərbər olunublar. Bu məqamda qeyd edim ki, Tərtər rayonu üzrə 2 seçki dairəsi mövcuddur: 95 saylı Tərtər və 97 saylı Goranboy-Tərtər-Ağdam Seçki Dairəsi”.
Ramiz Şabanovun sözlərinə görə, Tərtər rayonu üzrə ümumilikdə 25 bələdiyyəyə seçki keçiriləcək ki, onlardan 1-i şəhər, 24-ü isə kənd bələdiyyələridir: “Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı 25 bələdiyyə üzrə seçkilərdə iştirak etmək üçün 229 nəfər partiya üzvünün namizədliyini irəli sürüb. İrəli sürülən namizədlərin 40 faizdən çoxunu qadınlar və gənclər təşkil edir”.
Bundan sonrakı prosesdə, yəni, təbliğat kampaniyasına rəsmən start verildikdən sonra isə bütün zəruri olan təbliğat-təşviqat işləri həyata keçiriləcək.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

