YAP Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmlənməsində mühüm rol oynayıb
18.11.2014 [09:46]
Partiyanın yaradılmasının 22-ci ildönümü münasibətilə YAP Nizami rayon təşkilatında tədbir keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 22-ci ildönümü münasibətilə YAP Gənclər Birliyinin təşkilatçılığı ilə partiyanın Nizami rayon təşkilatında tədbir keçirilib. Əvvəlcə YAP-ın keçdiyi şərəfli inkişaf yolundan, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən və Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticələrindən bəhs edən film nümayiş olunub.
Çıxış edən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva bildirib ki, Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Onun sözlərinə görə, tarixi zərurətdən yaranan partiya müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, həmçinin, demokratiyanın yaranması və inkişafında mühüm rol oynayıb.
S.Vəliyeva qeyd edib ki, 1993-cü ildə yaradılmış YAP Nizami rayon təşkilatı mühüm inkişaf yolu keçib, üzvlərinin və ərazi təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artıb: “Nizami rayonunda əhalinin YAP-a axını, ilk ərazi partiya təşkilatlarının yaradılması Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa və Onun layiqli davamçısı, Prezident İlham Əliyevə inamdan irəli gəlir. Elə bunun nəticəsidir ki, bu gün YAP Nizami rayon təşkilatı 150-yə yaxın ərazi ilk partiya təşkilatlarında 11 min nəfərdən çox üzvü birləşdirir”.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov partiyanın şərəfli mübarizə tarixindən, Ümummilli lider Heydər Əliyevin doğma xalqı qarşısında misilsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır. Partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının artmasına səbəb olub. “Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib”, - deyən E.İbrahimov qeyd edib ki, bu gün ölkədə ən kütləvi və mütəşəkkil siyasi qüvvə olan YAP sıralarında 630 mindən artıq üzvü birləşdirir. Bu, təkcə statistika deyil, eyni zamanda, ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir.
Nizami rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Tahir Budaqov ölkəmizin son dərəcə çətin sınaqlar qarşısında qaldığı bir vaxtda yaranan partiyanın xidmətlərindən bəhs edib. T.Budaqov YAP iqtidara gəldikdən sonra Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, bütün sahələrdə əhəmiyyətli dəyişikliklər baş verdiyini, ölkəmizin hər bir vətəndaşının həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanın uğurları yalnız bölgənin güclü dövlətinə çevrilməsi ilə məhdudlaşmır, onun beynəlxalq aləmdə yeri və nüfuzu getdikcə artır.
YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib ki, partiya Azərbaycan tarixinin keşməkeşli günlərində, xalqımızın ağır sınaqlara məruz qaldığı bir dövrdə yaradılıb: “Dünənin, bu günün və gələcəyin partiyası olan YAP ötən 22 ildə Azərbaycanı bir çox bəlalardan xilas edib, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsində mühüm rol oynayıb”.
“Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev çıxış edərək partiyanın Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında, ölkəmizin regionun liderinə çevrilməsində özünəməxsus rolundan danışıb. Qeyd edib ki, YAP keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi vəziyyətdə zamanın tələbi və Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi kimi yaranıb.
Daha sonra YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin sədri, Gənclər Birliyi Ofisinin rəhbəri Əli Pənahov və digərləri çıxış edərək Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Bildirilib ki, YAP yeganə milli siyasi qüvvədir ki, burada gənclərin fəaliyyəti və inkişafı üçün hərtərəfli şərait vardır.
Tədbirin sonunda gənc partiya fəalları tərəfindən dahi şəxsiyyət Heydər Əliyev haqqında şeirlər səsləndirilib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

