Azərbaycan Konstitusiyası dünyanın ən demokratik konstitusiyalarından biridir
13.11.2014 [09:57]
Azərbaycan Konstitusiyası dünyanın ən demokratik konstitusiyalarından biridir. Bu konstitusiya özündə insan və vətəndaş hüquqlarını və vəzifələrini, qanunvericilik, icra və məhkəmə hakimiyyətini, dövlət quruluşunu, mülkiyyət formalarını ehtiva edir.
AzərTAc xəbər verir ki, bu fikirlər 12 noyabr Konstitusiya Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında keçirilən tədbirdə səsləndirilib.
Təşkilatın sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasını beynəlxalq hüquq normalarına uyğun, insan hüquq və azadlıqlarına təminat verən mükəmməl hüquqi sənəd kimi dəyərləndirib.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Sovet hakimiyyəti dövründə Azərbaycanda konstitusiya dəfələrlə dəyişdirilsə də, bir qayda olaraq imperiyanın mənafelərinə xidmət edirdi. Nəhayət, 18 il əvvəl qəbul olunmuş ilk milli Konstitusiyamız Azərbaycan xalqının seçdiyi yolun, arzu və istəklərinin təcəssümü olaraq meydana çıxıb.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov deyib ki, Ümummilli lider Heydər Əliyevin Öz xalqı qarşısında ən böyük xidmətlərindən biri olan bu Konstitusiya zaman keçdikcə daha da təkmilləşdirilir və müasir dövrün tələbinə uyğun müddəalarla zənginləşdirilir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra yeni konstitusiyaya ehtiyac var idi. Bu məqsədlə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradıldı və hazırlanan sənədin layihəsi ümumxalq səsverməsinə çıxarıldı. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk Konstitusiyası referendum yolu ilə qəbul olundu.
T.Budaqov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətinin əsasında insan amilinin dayandığını, demokratik cəmiyyət quruculuğunun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.
Sonra YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Milli Məclisin deputatı Flora Qasımova çıxış edərək Azərbaycan Konstitusiyasının dünyanın ən demokratik konstitusiyalarından biri olmaqla, hüquqi dövlətin təməl prinsiplərini müəyyənləşdirdiyini qeyd ediblər.
Sonda partiyaya yeni qəbul edilmiş üzvlərə vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

