YAP Ağstafa rayon təşkilatı bələdiyyələrə namizədlərini irəli sürüb
12.11.2014 [09:53]
Namizədlər müəyyənləşdirilərkən gənclərə və qadınlara üstünlük verilib
Məlum olduğu kimi, Azərbaycanda keçiriləcək növbəti bələdiyyə seçkilərinə rəsmi şəkildə start verilib. Öz növbəsində, ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası (YAP) seçki qanunvericiliyinə uyğun olaraq dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşır. Artıq partiyanın yerli strukturlarında seçki qərargahları yaradılıb və bu qərargahlar aktiv fəaliyyət göstərirlər. YAP-ın Ağstafa rayon təşkilatının Seçki Qərargahı da bələdiyyə seçkilərinə fəal şəkildə hazırlaşır. Bu barədə məlumat verən Seçki Qərargahının rəhbəri, YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov bildirib ki, təşkilatın böyük seçki təcrübəsi var. Hazırda YAP Astafa rayon təşkilatının 5319 nəfər üzvü olduğunu deyən R.Tatarovun sözlərinə görə, onların 52 faizi qadın, 40 faizi isə gənclərdir. Seçki Qərargahının 19 nəfərdən ibarət olduğunu deyən sədr bildirib ki, onlar mütəmadi olaraq toplaşırlar. Bu toplantılarda hər bir qərargah üzvü gördüyü işlərlə bağlı məlumatlar verir.
“Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı partiyanın Mərkəzi Aparatının müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, tərtib olunmuş plan üzrə işlərini davam etdirir. Ağstafa rayonu üzrə 29 bələdiyyə fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyası bu bələdiyyələr üzrə 265 müvafiq yerlərin hamısına öz namizədlərini irəli sürüb. Seçkilərə rəsmi start verildikdən sonra rayon təşkilatının qərargahında Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq namizədlər tərəfindən razılıq ərizələri və səlahiyyətli nümayəndə tərəfindən bildirişlər hazırlanaraq 108 saylı Ağstafa və 106 saylı Tovuz-Qazax-Ağstafa dairə seçki komissiyalarına təhvil verilib və bu iş davam etməkdədir. Namizədlər təsdiq olunduqdan sonra isə imzatoplama prosesi başlayacaq. Bundan başqa, seçki məntəqələrində müşahidə aparacaq şəxslər və məşvərətçi səs hüquqlu üzvləri müəyyənləşdirilib. Bir sözlə, bütün məsələlər seçki qanunvericiliyinə uyğun olaraq həll edilir”, - deyən R.Tatarov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının yüzlərlə üzvü seçkilərə hazırlıq prosesində böyük fəallıq göstərir.
Təşkilat sədri deyib ki, bələdiyyələrə namizədlər arasında gənclər və qadınlara üstünlük verilib. Beləliklə, Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatının Seçki Qərargahında bələdiyyə seçkiləri ilə əlaqədar çevik, operativ, ciddi işlər gedir. Onu da qeyd edək ki, Ağstafa rayonu üzrə bələdiyyələrdə xeyli sayda YAP üzvləri təmsil olunurlar. Onlar rayonun sosial-iqtisadi inkişafında fəal iştirak edirlər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17

