/ / Fəqət Şadlinskaya: Təşkilatımızın Seçki Qərargahı partiyanın İcra Katibliyinin tövsiyə və tapşırıqlarına uyğun şəkildə öz işini davam etdirir
Fəqət Şadlinskaya: Təşkilatımızın Seçki Qərargahı partiyanın İcra Katibliyinin tövsiyə və tapşırıqlarına uyğun şəkildə öz işini davam etdirir
07.11.2014 [09:33]
Dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə Yeni Azərbaycan Partiyası (YAP) yüksək hazırlıq şəraitində gedir. Seçki kampaniyasına partiyanın bütün strukturları səfərbər olunub. YAP-ın Bərdə rayon təşkilatı da bu prosesə mütəşəkkil qaydada qoşulub. Artıq təşkilatda 19 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb. Qərargahın rəhbəri, YAP-ın Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, rayon təşkilatında 164 ilk ərazi partiya təşkilatı mövcuddur və onlar özündə 10574 nəfər üzvü birləşdirir. Partiya üzvlərində 4238 nəfəri qadın, 3013 nəfəri isə gəncdir. Onun sözlərinə görə, təşkilatın Seçki Qərargahında partiyanın fəalları təmisl olunur.
“Rayonda bələdiyyə seçkilərinin uğurlu keçirilməsi əsas məsələ kimi qarşıda durur. Bələdiyyələrə namizədlər içərisində partiya fəalı olan qadınların və gənclərin üstünlük təşkil etməsi diqqət mərkəzində saxlanılıb. Hazırda Bərdə rayonu üzrə 66 bələdiyyəyə cəmi 584 olmaqla hər bir yer üçün Yeni Azərbaycan Partiyasının namizədi irəli sürülüb. Namizədlər irəli sürülərkən onların təhsilinə, yaşadıqları ərazilərdə nüfuzuna xüsusi diqqət yetirilir. Həmin insanlar, eyni zamanda, partiya fəallarıdır”, - deyən təşkilat sədrinin sözlərinə görə, namizədliyi irəli sürülən şəxslərin sənədləri seçki qanunvericiliyinə uyğun şəkildə hazırlanaraq müvafiq dairə seçki komissiyalarına təqdim olunub.
F.Şadlinskaya qeyd edib ki, Bərdə rayonunda 2 Dairə Seçki Komissiyası (DSK) - 93 və 94 saylı DSK-lar var. 93 saylı DSK 42750 nəfər, 94 saylı DSK isə 44452 nəfər seçicini əhatə edir. Hazırda Bərdə rayonu üzrə 88202 seçici siyahıya alınıb. 93 saylı DSK-nın əhatə etdiyi 50 məntəqədə 26 bələdiyyə, 94 saylı DSK-nın əhatə etdiyi 54 məntəqədə isə 40 bələdiyyə üzrə seçki keçiriləcək. Təşkilat sədrinin sözlərinə görə, artıq dairə seçki komissiyalarından imza vərəqələri götürülüb və namizədlər üçün imzatoplama prosesi başlayıb.
“YAP ölkəmizin ən güclü, nüfuzlu partiyasıdır. Çünki partiyamız Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına əsaslanaraq fəaliyyət göstərir. Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsini yaşayır. Bütün bu amillər, partiyanın həyata keçirdiyi siyasət xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir. Ona görə də, YAP ümumxalq partiyası kimi səciyyələndirilir. Bu mənada hesab edirəm ki, bizim namizədlərimiz də əhali tərəfindən etimadla qarşılanacaq və onlar qısa müddətdə lazımı qədər imza toplayacaqlar” - deyə, təşkilat sədri vurğulayıb. F.Şadlinskaya onu da bildirib ki, təşkilatın Seçki Qərargahı partiyanın İcra Katibliyinin tövsiyə və tapşırıqlarına uyğun şəkildə öz işini davam etdirir. Bütün məsələlər seçki qanunvericiliyinə müvafiq olaraq yerinə yetirilir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24

