Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı bələdiyyə seçkilərinə fəal şəkildə hazırlaşır
07.11.2014 [09:32]
İsgəndər Quliyev: Əsas məqsədimiz YAP üzvü olan gənclərin və qadınların seçkilərdə uğur qazanmasına nail olmaqdır
“Azərbaycan daha bir vacib siyasi proses ərəfəsindədir. Belə ki, dekabrın 23-də ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə keçirilən bütün seçkilərin qalibi olan Yeni Azərbaycan Partiyası (YAP) növbəti bələdiyyə seçkilərinə də fəal şəkildə hazırlaşır”.
Bunu “Yeni Azərbaycan” qəzetinə açıqlamasında YAP Ağdam rayon təşkilatının və rayon təşkilatı Seçki Qərargahının sədri İsgəndər Quliyev deyib. Onun sözlərinə görə, oktyabrın 29-da keçirilən Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsində partiyanın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlar hər yerdə olduğu kimi, YAP Ağdam rayon təşkilatında da tam məsuliyyətlə yerinə yetirilməkdədir: “Fəaliyyət proqramına uyğun olaraq YAP Ağdam rayon təşkilatının Seçki Qərargahı yaradılıb. Seçki Qərargahının iclası keçirilib, bu günə qədər görülmüş işlər müzakirə olunub, konkret vəzifələr müəyyən edilib. Qeyd etmək lazımdır ki, seçki kampaniyalarının keçirilməsi ilə bağlı rayon təşkilatının böyük seçki təcrübəsi var. Bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərini də uğurla başa vurmaq üçün geniş imkanlarımız var”.
İsgəndər Quliyev bildirib ki, Ağdam rayonu üzrə 119 saylı Ağdam kənd Seçki Dairəsinin 39 seçki məntəqəsində 32952 nəfər seçici qeydiyyatdadır: “Onu da qeyd edim ki, hazırda YAP Ağdam rayon təşkilatı 80 ərazi ilk partiya təşkilatında 5793 nəfər partiya üzvünü birləşdirir. Onlardan 2353 nəfəri qadınlar, 1660 nəfəri isə gənclərdir. Eyni zamanda, rayon təşkilatı tərəfindən Ağdam rayonunda 14 bələdiyyə üzrə 132 nəfər bələdiyyə üzvlüyünə namizəd irəli sürülüb. İrəli sürülən namizədlərin 53 nəfəri gənclər, 50 nəfəri isə qadınlardır. Əsas məqsədimiz YAP üzvü olan gənclərin və qadınların seçkilərdə uğur qazanmasına nail olmaqdır”.
Onun sözlərinə görə, bələdiyyə seçkiləri ilə əlaqədar olaraq ziyalılardan ibarət təbliğat-təşviqat qrupları yaradılıb. Bundan başqa, dairədə və 39 seçki məntəqəsində məşvərətçi səs hüquqlu üzvlər, həmçinin, müşahidə aparacaq şəxslər müəyyənləşdirilib.
Yeri gəlmişkən, bəhs olunan məsələlər YAP Ağdam rayon təşkilatının Seçki Qərargahının növbəti toplantısında da geniş müzakirə edilib. İclası giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının Seçki Qərargahının sədri İsgəndər Quliyev bələdiyyə seçkilərinə hazırlıq işlərinin gedişi, habelə təbliğat kampaniyasına hazırlıq vəziyyəti, bələdiyyə seçkiləri ilə əlaqədar səlahiyyətli nümayəndələrin təyin edilməsi və namizədlərin irəli sürülməsi ilə bağlı yığıncaq iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra çıxış edən Seçki Qərargahının üzvləri - Elbrus Hüseynov, Hafiz Əzimzadə, Teyyub Nəcəfov və başqaları dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri ilə bağlı fikir və təkliflərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

