YAP Nizami rayon təşkilatının Şura iclası keçirilib
16.10.2014 [09:25]
Sədaqət Vəliyeva: Rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sayı 148-ə, üzvlərinin sayı isə 11035 nəfərə çatıb
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Şura iclası keçirilib. İclasda çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, aparılmış siyasi iş və ideoloji təbliğat öz nəticəsini verib: “Belə ki, bu ilin 9 ayı ərzində 7 yeni ərazi ilk partiya təşkilatı yaradılıb və 401 nəfər partiyaya qəbul edilib. Bununla da, rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sayı 148-ə, üzvlərinin sayı isə 11035 nəfərə çatıb. Sevindirici haldır ki, yeni qəbul edilmiş partiya üzvlərinin böyük əksəriyyəti də gənclərdir”.
Sədaqət Vəliyeva vurğulayıb ki, sözlə əməlin birliyi, partiya üzvlərinin Ulu öndər Heydər Əliyev ideyalarına sadiqliyi YAP-ın nüfuzunu daha da artırıb, ümumilikdə, onun bölgənin aparıcı siyasi qüvvəsi kimi mövqeyini möhkəmləndirib.
Çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini, rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova deyib ki, partiya yarandığı gündən onun Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla həyata keçirilən əsas proqramı Azərbaycanda dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Məhz buna görə də, ümumxalq partiyasına çevrilən, bu gün 630 mindən çox üzvü olan YAP ölkəmizin və regionun ən aparıcı siyasi qüvvəsidir.
İclasda rayon təşkilatının cari ilin 9 ayı ərzində gördüyü işlərə dair hesabatı diqqətə çatdıran YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov bildirib ki, partiyanın İcra Katibliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, təşkilat cəmiyyətimizin bütün sosial təbəqələrini əhatə edən əhəmiyyətli tədbirlər keçirib, layihələr reallaşdırıb. YAP Nizami rayon təşkilatı Ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq, siyasi-ideoloji maarifləndirməni bir an da olsun dayandırmayıb, kütləvi tədbirlərlə onun təsirini daha da artırıb.
Hesabat ətrafında çıxış edən rayon təşkilatının Gənclər Birliyinin sədri, YAP Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov, Qadınlar Şurasının sədri Sevda Abdullayeva, Şura üzvü Nurməmməd Yarıyev və başqaları bildiriblər ki, YAP Nizami rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyi öz sıralarını möhkəmləndirməklə rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər. Vurğulanıb ki, respublikada qadınların və gənclərin qərar qəbuletmədə və hakimiyyət orqanlarında iştirakı getdikcə artmaqdadır. Onlar hər işdə olduğu kimi, qarşıdan gələn bələdiyyə seçkilərində də ortaya qətiyyətli mövqe qoyacaq və ölkəmizin gələcəyi naminə əhəmiyyətli qərarlar verəcəklər.
Müzakirələrdə çıxış edənlər son illərdə ölkəmizdə aparılan quruculuq işlərindən danışıb, partiyanın Sədri, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
İclasın sonunda partiyaya yeni qəbul edilmiş bir qrup gəncə vəsiqələr və partiyanın ictimai-siyasi fəaliyyətində fərqlənən fəallara fəxri fərmanlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24

