/ / YAP Gənclər Birliyinin ofisində “Ekologiyasız həyat yoxdur” adlı layihənin bağlanış mərasimi keçirilib
YAP Gənclər Birliyinin ofisində “Ekologiyasız həyat yoxdur” adlı layihənin bağlanış mərasimi keçirilib
14.10.2014 [09:47]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində “Ekologiyasız həyat yoxdur” adlı layihənin bağlanış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, YAP GB-nin ofisində hər dəfə gənclərimiz üçün maraqlı layihələr təşkil edilir və bu da gənclərimizin maarifləndirilməsinə müsbət töhfə verir: “Məhz buna görə də, YAP Gənclər Birliyi olaraq sentyabr ayını “Ekologiya ayı” elan etdik və bu 1 aylıq müddət ərzində bir-birindən maraqlı ekoloji layihələr və təlimlər həyata keçirdik”.
S.Orucov deyib ki, sözügedən layihə “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 11-ci bəndindəki “Ətraf mühitin qorunması və ekologiya məsələləri” bölməsini əsas tutaraq icra olunub.
Daha sonra çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev ekologiya ilə bağlı görülən hər bir işin təqdirəlayiq olduğunu bildirib: “Sizin bu layihənin adı da olduqca uğurlu seçilib. Çünki, həqiqətən də, ekologiyasız həyat yoxdur. El arasında belə bir deyim var: “Sağlam bədəndə sağlam ruh olar”. Sağlam bədən isə sağlam ətraf mühit olan yerdə formalaşır”.
Nazir müavini bildirib ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı digər istiqamətlər kimi, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində də problemlərin həllinə yol açdı, həyata keçirilən bir-birindən əhəmiyyətli işlər nəticəsində Azərbaycan yaşıllıqlar diyarına çevrildi: “Ulu öndər Heydər Əliyevin bu sahəyə diqqət və qayğısının nəticəsi olaraq müvafiq Sərəncamla Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldı. Nazirliyin yaradıldığı dövrdən ötən müddət ərzində su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, atmosfer havasının mühafizəsi, torpaqların deqradasiyasının qarşısının alınması, o cümlədən, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi yönündə müəyyən işlər görülüb və artıq bu işlər öz nəticələrini göstərir”.
F.Əliyev deyib ki, Ulu öndərin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Dövlət başçısının Sərəncamına müvafiq olaraq neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi və s. tədbirlər uğurla həyata keçirilir. Elə bu tədbirlərin məntiqi nəticəsi kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan edilib”.
Daha sonra təlim iştirakçıları onları maraqlandıran suallarla qonaqlara müraciət ediblər. Sonda “Ekologiyasız həyat yoxdur” adlı layihənin işində fəallıq göstərən gənclərə sertifikatlar təqdim olunub.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

