YAP Gənclər Birliyinin nümayəndə heyəti Brüsseldə səfərdə olub
27.09.2014 [10:43]
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucovun başçılıq etdiyi nümayəndə heyəti Belçikanın paytaxtı Brüssel şəhərində səfərdə olub. Nümayəndə heyətinə, həmçinin, YAP Gənclər Birliyinin fəalları Orxan Hüseynzadə və Şəmsi Bayramzadə daxildir. Sentyabrın 24-də, səfərin birinci günündə nümayəndə heyəti Avropa Parlamentində bir sıra görüşlər keçirib. Əvvəlcə, Avropa Parlamentinin Macarıstandan olan deputatı Georgi Şöpflin ilə görüş keçirilib və görüşdə Avropa Xalqları Partiyası ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Daha sonra YAP Gənclər Birliyinin təmsilçiləri Avropa Parlamentinin Genişlənmə və Avropa İqtisadi Məkanı idarəsinin rəhbəri, Cənubi Qafqaz üzrə ekspert, doktor Tomas Grunert ilə görüşüblər. Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər və regional məsələlər haqda fikir mübadiləsi aparılıb. Seymur Orucov, Orxan Hüseynzadə və Şəmsi Bayramzadə Azərbaycan Təhsil, Mədəniyyət və Əməkdaşlıq Dərnəyinin (AzeDer) dəstəyi ilə Avropa Parlamentində təcrübə keçən 13 azərbaycanlı gənclə də görüşüblər.
Nümayəndə heyəti, həmçinin, Vilfred Martens adına Avropa Araşdırmaları Mərkəzində tədqiqat direktoru Roland Froydenşteyn ilə görüşüb. Görüşdə beynəlxalq münasibətlər, Azərbaycan-Aİ münasibətləri, “Şərq Tərəfdaşlığı” çərçivəsində əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.
Səfərin ikinci günü isə YAP Gənclər Birliyinin nümayəndələri Avropa Parlamentinin Yunanıstandan olan deputatı Notis Marias, Rumıniyadan olan deputat Ksaba Soqor ilə görüşüblər. Görüşlərdə gənclər avropalı deputatlara Azərbaycanda baş verən proseslər, inkişaf siyasəti haqqında geniş məlumatlar veriblər.
Daha sonra Belçikadan olan deputat Mark Tarabella ilə görüş baş tutub. Tərəflər bu dəfə siyasi məsələlərdən deyil, idmandan və nüfuzlu idman tədbirlərindən bəhs ediblər. Gənclər Azərbaycanın nüfuzlu beynəlxalq idman tədbirlərinə ev sahibliyi etdiyini avropalı deputatın diqqətinə çatdırıblar. Qeyd olunub ki, 2015-ci ildə ölkəmiz ilk Avropa Olimpiya Oyunlarına, 2020-ci ildə isə futbol üzrə Avropa Çempionatının 4 oyununa ev sahibliyi edəcək. Tarabella azarkeşi olduğu “İnter” futbol komandası ilə “Qarabağ” klubunun Bakıdakı oyununu izləmək üçün dəvəti qəbul edib.
YAP Gənclər Birliyinin nümayəndə heyətinin üzvləri Avropa Xalqları Partiyasının gənclər qanadı, YEPP-in sədri Konstantinos Kiranakis ilə də görüşüblər. Görüşdə hər iki təşkilatın gələcək əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparılıb. YEPP sədri YAP Gənclər Birliyi ilə əməkdaşlıqda maraqlı olduqlarını, əlaqələrin genişləndirilməsi istiqamətində addımların atılacağını bildirib.
Qeyd edək ki, Brüsselə səfər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

